adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
12 Aprel 2018 12:34
12302
SİYASƏT
A- A+

Putin: “İlham Əliyev yüksək siyasi nüfuza malikdir”

Rusiya prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə Rusiyanın dövlət başçısı qeyd edib ki, seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın üzləşdiyi sosial-iqtisadi və xarici siyasət problemlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir.

Putin, həmçinin Moskva ilə Bakı arasında dostluq, mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi üçün İlham Əliyevin səylərini yüksək qiymətləndirib və dövlətlərin birgə səylərlə bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib, bunun Rusiya və Azərbaycan xalqlarının əsas mənafelərinə cavab verdiyini vurğulayıb.