adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Aprel 2018 10:44
4667
HADİSƏ
A- A+

10 günün qəza statistikası: 10 ölü, 68 yaralı

Aprel ayının 10 günündə respublikanın avtomobil yollarında 32 yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, aprel ayının 1-dən 10-dək yol qəzalarında 10 nəfər ölüb, 68 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 333 yol-nəqliyyat hadisəsi baş verib. Üç ayda (yanvar-fevral-mart) yol qəzalarında 173 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb.