adalet.az header logo
  • Bakı 20°C
12 Aprel 2018 10:00
10243
İDMAN
A- A+

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Adalet.az xəbər verir ki, keçirilən 2 görüşlə yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

"Real” öz meydanında "Yuventus”u qəbul edib. 3:1 hesablı qələbə "Real"ı yarımfinala yüksəldib.

Digər görüşdə isə "Bavariya" "Sevilya"nı qəbul edib. İspaniyada keçirilən ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Münhen klubu qolsuz heç-heçə sayəsində növbət mərhələyə adlayıb.


Bundan əvvəl isə "Roma" və "Liverpul" da adını yarımfinala yazdırıb.


UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları


11 aprel

22:45."Real" –"Yuventus"- 1:3
Qollar:Mario Mandzukiç, 2, 37, Blez Matuidi, 60 - Ronaldo, 90+7-pen.
Qırmızı vərəqə:Canluicci Buffon, 90+3 ("Yuventus")
İlk oyun - 3:0
Baş hakim:Maykl Oliver (İngiltərə)

22:45. "Bavariya" -"Sevilya"- 0:0
Qırmızı vərəqə:Yoaxin Korrea, 90+2
İlk oyun - 2:1
Baş hakim:Uilyam Kollum (Şotlandiya)

10 aprel

"Roma" -"Barselona"- 3:0
İlk oyun-1:4

"Mançester Siti"- "Liverpul" - 1:2
İlk oyun-0:3