adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Aprel 2018 19:01
352319
GÜNDƏM
A- A+

Prezident seçkilərində səsvermə başa çatdı

Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

Adalet.az xəbər verir ki, saat 08:00-da başlayan səsvermə 19:00-da yekunlaşıb.

Qeyd edək ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparıb. Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyib. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil ediblər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175 olub. Ümumilikdə seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırıb.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.