adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Aprel 2018 17:44
8077
MƏMLƏKƏT
A- A+

Hərbçilər prezident seçkilərində səs verir

Azərbaycan Respublikası Prezidenti seçkilərinin səsverməsində Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakının təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində aprelin 11-də səhər saatlarından səsvermə prosesi başlayıb.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, seçkilərin yüksək səviyyədə keçirilməsi və şəffaflığın təmin edilməsi üçün hərbi hissələrin ərazilərində fəaliyyət göstərən məntəqələrdə zəruri tədbirlər görülüb, qanunvericilik və seçki məcəlləsinin tələbləri tam yerinə yetirilib.

Çətin dağlıq ərazilərdə düşmənlə təmas xəttində yerləşən bölmələrdə döyüş növbəsində olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunur.