adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2018 14:34
10058
MƏMLƏKƏT
A- A+

O, Azərbaycanın ən yaşlı seçicisidir

Üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd seçki dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gedərək səsvermədə iştirak edib.

1894-cü il təvəllüdlü Səmərqa Allahverdiyeva deyib ki, 7 övladı, 30 nəvəsi, 60 nəticəsi, 9 kötücəsi var. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Bugünkü səsverməyə də ailə üzvləri ilə birgə gəlib.

"Sovetlər dövründə traktorçu, qabaqcıl pambıqçı olmuşam. Hər il pambıq becərər, yüksək göstəricilərlə məhsul yığardım. Ulu Öndər Heydər Əliyevlə də pambıq tarlasında görüşmüşəm. Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 124 yaşımda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram. Nə qədər ki, ayağım yer tutur, gəlib səsvermədə iştirak edəcəyəm”, – deyə Səmərqə Allahverdiyeva bildirib.

Qeyd edək ki, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1274-nün yaşı 80-100 arası, 15 seçicinin yaşı isə 100-dən yuxarıdır. (AzərTAc)