adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2018 10:37
8729
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıda 24 ildən sonra ilk seçki

Cəbrayılın Cocuq Mərcanlı kəndində 24 illik fasilədən sonra ilk dəfə prezident seçkiləri keçirilir.

Adalet.az xəbər verir ki, Cocuq Mərcanlı sakinləri öz doğma torpaqlarında səs verirlər.

Qeyd edək ki, Mərkəzi Seçki Komisiyasının qərarı ilə 120 saylı Cəbrayıl- Qubadlı dairə seçki komissiyasının Cocuq Mərcanli kəndində 73 saylı seçki məntəqəsi faliyyətə başlayıb. 50 ailədən 120 nəfərdən cox seçici qeydiyata alınıb.