adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Aprel 2018 09:50
10448
SİYASƏT
A- A+

Dövlət rəsmiləri səs verdilər

Azərbaycanda prezident seçkiləri üzrə səsverməyə start verilib.

Adalet.az xəbər verir ki, səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Artıq dövlət rəsmiləri səsvermədə iştirak edirlər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev də sözügedən seçki dairəsinin 3 saylı məntəqəsində səs verib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Eyni zamanda Baş nazir Artur Rəsizadə prezident seçkilərində səsverməyə qatılıb. Baş nazir 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib.