adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Aprel 2018 17:36
9197
GÜNDƏM
A- A+

İlham Əliyev yeni prezidenti təbrik edib

Prezident İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu ünvanlayıb.

Adalet.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

"Zati-aliləri, Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.