Əbülfət MƏDƏTOĞLU: BEYLƏQANDAN BAŞLANAN DOSTLUQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
45854 | 2018-04-10 16:24

Adətən dostlar,tanışlar haqqında yubiley yazıları yazanda çevrilib arxaya baxırsan və odostluğun, o tanışlığın ilk anından bilgisayar önündə dayandığım məqama qədərolan zaman kəsiyini xəyalən bir də keçib gəlirsən. Və yol boyu da yaddaş səhifələnir,vərəqlənir, sən də özünü dostluqla birlikdə o səhifələrin naxışlarında,yazılarında, cizgilərində görürsən. Və bu da həm ötənləri təkrar yaşamaqdı, həmdə ötənləri təkrar yaşatmaq.

Bəli, həyatın qəribəlikləriiçərisində bir məqam da var. O da təsadüfvə zərurətdən gəlib keçir. Elə bir insan yoxdur ki, onun həyatında təsadüf və zərurətolmasın. Bax, bu mənada mənim 1988-ci ildən başlayan və əslində itirdiyimyurd-yuvamla bağlı ömrümə yazılan günlərin içərisində onun da adı var. Yəni bir mətbuat işçisi kimi mən dəfələrlə Beyləqanda,o vaxtkı Jdanov rayonunda olmuşdum. Lakin onunla qarşılaşmaq, onunla tanışolmaq zamanın hardasa qisməti, sən demə, elə 1988-ci ilin alnına yazılıbmış. Bualın yazısı mənim də, yəqin ki, elə onun da həyatında yaxşı bir cığırın, birizin başlanğıcı oldu. Və beləcə, başladı mənim Nizam Rüstəmovla tanışlığım...

İlktanışlığımızda öyrəndim ki, Nizam müəllim vəkil işləyib, ali təhsillihüquqşünasdı. O vaxtkı Dövlət Universitetini bitiribdi. Respublika VəkillərKollegiyasının üzvüdü. Necə deyərlər, əslən Beyləqanın özündəndi. Qardaşı da qələmadamı, mətbuat işçisi, jurnalistdi. Təbii ki,o illərin "Sovet kəndi" qəzetində işləyən İltizam Rüstəmovuyaxşı tanıdığımdan onun qardaşı Nizam müəllimlə münasibətlərimiz tezliklədostluğa, doğmalığa çevrilməyə başladı. Yəni bu nəsil barəsindəki bilgilərim mənəimkan verdi ki, Nizam müəllimlə bir azda yaxınlaşım, bir az da könül qapılarını onun üzünə açım. Və belə də etdik.Sonra...

Sonra hadisələrininkişafı öz axarında Nizam Rüstəmovu prokurorluq sisteminə gətirdi. Və o, 1992-ci ildə respublikanın başprokurorunun əmriylə Şirvan şəhərində fəaliyyətə başladı. Sonra Beyləqanda,Füzulidə, Ağcabədidə şəhər və rayon prokurorluqlarında böyük köməkçi vəzifəsindəözünün bilik və bacarığını sərgiləyə bildi. Bu qısa xronologiyanı sözgəlişixatırlatmıram. Demək istəyirəm ki, üç övlad, yeddi nəvə sahibi olan Nizam Rüstəmov1992-ci ildən yaş həddiylə bağlı təqaüdə göndərildiyi ana qədər özünün şəxsiyyətini,özünün peşəkarlığını və bir də insanlarla, ətrafla səmimi, gerçək münasibətinitəkcə qoruyub saxlamadı, həm də onu püxtələşdirdi, onu cilaladı. Sübut etdi ki,o, vəkil kimi çalışdığı illərdə qazandığı nüfuzu, qazandığı etibarı prokurorköməkçisi işləyəndə bir az da güvənli etdi, bir az da onun insanlarafaydalılığını, özünün isə insanlıq çalarlarını,müsbət keyfiyyətlərini artırmaqla bar gətirən ağac kimi ailəsinin də,dostlarının da qürurunu, sayğısını, sevincini möhkəmlətdi. Bütün bunların bir səbəbidə kökünə aid olduğu ünvana sədaqətdən qaynaqlandığından Nizam Rüstəmov özkimliyini hansısa bir dəyişən vəzifəyə qurban vermədi. Əksinə, dəyişən vəzifəsiyləöz kimliyini bir az da bütövləşdirdi. Və...


Bəli, mən onunlaBeyləqanda tanış olub, sonra da dostlaşdım. Evinin, ailəsinin ünvanını bildim.Övladlarının xoş günlərinin iştirakçısı oldum. Kədərli anlarının həmsöhbətikimi ona könül toxtaqlığı verənlərin sırasında yer tutdum. Bütün bunlar mənim təkcəçörək kəsib dostluq missiyası daşıyan bir insan kimi borcum olmaqla yanaşı, həmdə Nizam Rüstəmovla bizim ikimizin ortaq dostlarının da sayəsində reallaşmışdı.Şəxsən mən hər dəfə ya telefon zənglərimizdə,ya Beyləqanda, Bakıda görüşlərimizdə bu gün təqaüddə olan və 70 yaşının əlinisıxmağa yaxınlaşan Nizam Rüstəmovla üz-üzə gələndə öncə çox dəyərli dostum mərhumElman Ağayevi xatırlayıram. Elman müəllimlə Nizam Rüstəmov birlikdə işləyirdilər.Rəhmətlik Elman müəllim uzun müddət hüquq-mühafizə orqanlarında çalışmışdı vəbiz Nizam müəllimlə tanış olanda o, Beyləqan rayon prokurorunun müavini, sonraisə prokuror əvəzi vəzifələrini icra edirdi. Çox zarafatcıl, ədəbiyyata, sənətəböyük sevgisi olan, başdan-başa müsbət aura daşıyıcısı kimi yaddaşıma hopmuşElman Ağayevlə hər dəfə qarşılaşanda dərhal zarafatla deyirdi:

- Bəlkə Nizamabir tapşırıq verək!

Mən də guya heçnədən xəbəri olmayan kimi soruşurdum:

- Elman müəllim,nə tapşırıq?

- Sənin kimişair, jurnalist qonaq gəlmisən. Bir qara çolpa, ya bir qara quzu, nəsə bir şeytəşkil eləsin, birinci sağlığı da Nizamın şərəfinə içək...

Bu sözdən sonraRüstəmovu çağırtdırırdı yanına. Çox ustalıqla məsələni ona çatdırırdı. Təbiiki, bir tikə çörək. Bir saat istirahət hər kəsin haqqıdı. Amma onu dostlarlabirlikdə yemək, o süfrə arxasında deyib-gülmək isə bunu bacaranların qabiliyyətidi.Bax, rəhmətlik Elman müəllim də, eləcə dəyərli dostum Nizam Rüstəmov da çörəyinqədrini bilən, dostluğa önəm verən KİŞİlərdən idilər. Ona görə də onlar Füzulirayon prokurorluğunda işləyəndə də bu münasibətləri qorumağı, yaşatmağıbacardılar.


Mən Nizam müəlliminçalışdığı rayon və şəhər prokurorluqlarının hamısındakı vəziyyətdən xəbərdaridim. Onunla Şirvanda da, Füzulidə də, Beyləqanda da, Ağcabədidə də görüşlərimizkifayət qədər olmuşdu və içdiyimiz çay, kəsdiyimiz çörək öz halallığını heçvaxt nəyləsə qarışdırmayıbdı. Ona görə də dostluğumuz yaşayıb və yaşayır... Onagörə də münasibətlərimiz də dostumun adının mənası kimi nizamlı olub.

70 yaşı tamamolan Nizam müəllimin xoş günlərində onun barəsində söhbət salıb tanıyanlardan,bilənlərdən bir növü atüstü fikir öyrənməyə çalışdım. Millət vəkili,yazıçı-publisist Aqil Abbas bildirdi ki, yollarımız kəsişib Nizam müəllimlə.Qardaşı İltizamla birlikdə işləmişəm. O ailəyə, o nəsilə böyük hörmətim var. Və Nizam müəllimin peşəkarlığını da, insanlığınıda həmişə yüksək qiymətləndirmişəm. Bu gün də ona həmin o böyük sayğıyla uzunömür, can sağlığı arzu edirəm.

Bəli, yaşanangünləri, ayları, illəri şərəfli etmək hər kəsin öz əlindədi. Bu mənada təqaüddəolan kiçik ədliyyə müşaviri Nizam Surxayoğlu Rüstəmov 70 ili şərəflə yaşayıb və bu illərin özünü də şərəfləndiribdi.Ona görə də unudulmur, yaddan çıxmır. Bir veteran kimi respublika prokurorluğurəhbərliyinin yaddaşında onun adı var və əlamətdar günlərdə, peşə bayramlarındaböyük hörmətlə adı çəkilir, hədiyyələri, mükafatları ünvanına göndərilir. Birdost olaraq düşünürəm ki, 70 yaşının tamamında o yenə xatırlanacaq, yenəmükafatlandırılacaq. Mən isə öz növbəmdə dəyərli Nizam Rüstəmova gümrah və uzunömür arzu edirəm. Nəvələrin, nəticələrin xoş günlərinin şahidi olmasını onaTanrı nəsib etsin!..

TƏQVİM / ARXİV