adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Aprel 2018 17:15
11609
DÜNYA
A- A+

Çin 5 ölkənin iddia etdiyi adaları ilhaq etdi

Çin mübahisəli Spratli adalarında radarların fəaliyyətinə manə olan xüsusi avadanlıqlar yerləşdirib.Modern.azxəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumat yayıb.

Jurnal bu məlumatları Pentaqondakı informasiya mənbələrinə istinadən yayıb. Bu xüsusi avadanlıqların yerləşdirilməsi son üç ayda baş verib.

Çin bu mübahisəli adaları Bruney, Malaziya, Tayvan, Vyetnam və Filippin ilə bölüşdürə bilmir.

Bu adalara 14 xırda ada və yüzə yaxın rif daxildir. Bundan əlavə, bu adaların mübahisəli olmasının bir səbəbi də onun yerləşmə mövqeyidir. Bu adalar ticarət yollarının kəsişməsində yerləşir. Eyni zamanda adalar böyük həcmdə neft və qaz yataqları ilə zəngindir.

Bu avadanlıqlar eyni zamanda ABŞ-ın bu ərazilərdə əməliyyatına da ciddi maneə ola bilər. ABŞ rəsmən Çinin rəqiblədiyini bildirib.

Qeyd edək ki, 2016-cı ildə Haaqada yerləşən beynəlxal məhkəmə Çinin bu ərazilərə iddiasını əsassız hesab edib.