adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2018 16:34
15989
MARAQLI
A- A+

Hakerlər “Despacito”nu sildi – 5 milyard insan baxmışdı

Perudan olan ifaçı Luis Fonsinin "Despacito” mahnısına çəkilən klipi "Youtube” şəbəkəsindən yoxa çıxıb.

AzVision.azxəbər verir ki, bu barədə "The Independent” nəşri məlumat yayıb.

Məlumata görə, video haker hücumundan sonra yoxa çıxıb. Ehtimallara əsasən, hakerlər Fonsi, Şakira, Teylor Svift və Dreyk kimi məşhurların kliplərinin yerləşdirildiyi Vevo hostinqində musiqi hesablarını sındırıb. "Despacito”nun əvəzinə "Youtube”da maskada olan naməlum şəxslərin silah tuşlamasını əks etdirən videosu yerləşdirilib.

Qeyd edək ki, "Despacito” "Youtube” tarixində ən çox baxılan videodur. Bu video 5 milyardan çox baxış yığmışdı.