adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Aprel 2018 16:01
10311
SAĞLAMLIQ
A- A+

Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək

2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək.Modern.az-ın məlumatına görə, bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.

O bildirib ki, son illərdə ölkədə 600-dən çox səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub:

"Bununla da Azərbaycanın hər şəhərində yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün şərait yaradılır".

Bakıda keçirilən biznes-forumda səhiyyə turizmi sahəsində çalışan 130-dan çox şirkətin nümayəndələri iştirak edirlər.