adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Aprel 2018 14:48
8541
SİYASƏT
A- A+

Milli Məclisin “Soyqırımı bəyanatı” bu təşkilatlara göndərilib - SİYAHI

Martın 30-da Milli Məclisdə Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirilib. Xüsusi iclasda bəyanat qəbul olunub.

Adalet.az-ın məlumatına görə, Milli Məclisin martın 30-da keçirilən Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasında qəbul edilən bəyanat aşağıdakı beynəlxalq təşkilatlara göndərilib:

Birləşmiş Millətlər Təşkilatına (BMT), Parlamentlərarası İttifaqa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Şurasına (AŞ), Müstəqil Dövlətlər Birliyinə (MDB).


Eyni zamanda, bəyanat bütün dünya dövlətlərinin parlamentlərinə də göndərilib.

Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, dünya dövlətlərinə ünvanlanan həmin müraciətdə qeyd edilib:

1.Gələcəkdə erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri soyqırımı cinayətlərini tanısınlar;

2. Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmamasının təsirli beynəlxalıq hüquq mexanizmlərinin yaradılması işini başa çatdırsınlar;

3. Azərbaycan xalqına qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqaşisənin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər.