adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2018 15:02
16572
ƏDƏBİYYAT
A- A+

Dostoyevskinin, Çexovun, Tolstoyun nəvələri

Babamdan sonra nə yaza bilərəm ki?!

Fyodor Mixayloviç Dostoyevskinin nəvəsi Aleksey Dostoyevski Peterburqda yaşayır. Universitet məzunu olmağına baxmayaraq tramvay sürücüsü işləyir. Eyni zamanda yaratdığı rok qrupunda gitara ifa edir. Dostoyevski kimi böyük bir yazıçının nəvəsi görəsən, niyə əlinə qələm alıb nəsə yazmır? Aleksey bu suala belə cavab verib: Yazıçı olmaq üçün istedad və həvəs lazımdır. Bu isə məndə yoxdur. Olsa belə babam Fyodor Dostoyevskidən sonra nə yazmaq olar ki?!

Televiziya ulduzu Tolstoy

Lev Nikolayeviç Tolstoyun nəvəsi olan 1971-ci ilə doğulan Fekla Tolstaya Rusiyada çox tanınmış bir adamdır. O, televiziya ulduzudur. Filologiya ixtisasının məzunu olan Fekla 4 dil bilir. Bundan əlavə rejissorluq təhsili də alıb. Universitet illərində ofisiant, aktyor, qəzetçi kimi bir-birindən fərqli işlərdə özünü sınayıb müxtəlif mədəniyyət verilişlərinin kamera arxasında işlədikdən sonra Fekla öz TV verilişinin aparıcısı olub. Tolstoyların bir qismi nəvə Feklanın seçdiyi sənəti dəstəkləyir, amma bəziləri onun akademik kariyerasından uzaqlaşıb şou dünyasının parçasına çevrilməyinin onların nəslinə utanc gətirdiyini düşünür. O isə bütün bunlara belə cavab verib: Bu qədər böyük bir dünyada tanınmış bir ailənin parçası olmaq çox gözəldir, amma adamın çiyinlərinə çox ağır məsuliyyətlər yükləyir. Bəzən də seçimlərinin qarşısında maneəyə çevrilir. NƏ EDİM? Bu da mənim seçimimdir.

Puşkin ilə Qoqol qohum oldu

19-cu yüzildə dünya ədəbiyyatının iki nəhəngi Puşkini "Yüzbaşının qızı”, Qoqolu isə "Bir dəlinin xatirə dəftəri” romanları ilə xatırlayarıq. Yaxşı, bəs, bu iki nəhəng heç düşünərmidi ki, 200 il sonra nəvələri evlənəcək və iki nəsil qohum olacaq? Qoqolun bacısı Elizavetanın oğlu ilə Puşkinin nəvəsi evləndi və iki yazıçı qohum oldu.

Basketbol müəllimi Qorki.

1868-1936 illər arasında yaşayan məşhur yazar Maksim Qorkinin ‘Ana’ adlı romanını yəqin ki oxumayan yoxdur. Qorkinin bugün Moskvada yaşayan nəvəsi babasının adını daşıyır: Aleksey Peşkov.

Peşkov, uşaqları və gəncleri narkotikdən qorumaq üçün bir kitab hazırladı. Ancaq yazar olmağı yox, basketbol müəllimi olmağı seçdi.

Bulqakovun vəfalə ögey nəvəsi

1891-1940-cı illər arasında yaşayan, Rus ədəbiyyatının dünyaya qazandırdığı qara mizahçı Mixail Afanasyeviç Bulqakovu "Usta ilə Marqarita”, " Moliyer” kimi əsərləri ilə tanıyırıq. Bulqakovun iki həyat yoldaşından heç birindən uşağı olmadı. İikinci həyat yoldaşının oğlu Sergey Şilovkini öz doğma oğlu kimi sevirdi. Bütün mirasını oğluna vəsiyyət elədi. O da öz uşaqlarına. İndi də yaşayan ögey nəvəsinin adı Sergey Şilovskidir. Şilovski Peterburqda babasının adına yaradılan muzeyin başçısıdır. Bulqakovun kitablarının çapı və film çəkilməsi ilə bağlı layihlərlədə özü maraqlanır.

Çexovun saxta nəvəsi

Rus televiziyasında Anton Çexovun soyadını istifadə edən seks ulduzunun əsl adı Saşa Korçunovadır. O, haqqında yaydığı "Çexovun nəvəsi” şaiyələri ilə məşhur oldu. Rus kanallarının birində "Anfisa Çexov ilə seks” adlı verilişini Anton Çexov görsəydi, buna gülərdimi, ağlayardımı, bilmirəm. Amma bir həqiqət var. Ki, Anton Çexov rus ədəbiyyatının ulduzu, saxta nəvəsi Saşa Çexov isə rus televiziyasının ən cazibədar kişi ulduzudur.