adalet.az header logo
  • Bakı 18°C
10 Aprel 2018 15:23
7663
DÜNYA
A- A+

Rusiyada üç böyük terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) mart ayında Saratovda yerləşən ticarət mərkəzlərindən birində terror aktının qarşısını alıb.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Milli Anti-terror komitəsinin direktoru Aleksandr Bortnikov bildirib.

Terror aktının təşkilatçıları əməliyyat zamanı məhv edilib. İŞİD üzvləri olan şəxslərdə silah və gücü trotil ekvivalentində təxminən 3 kiloqram olan partlayıcı qurğu aşkarlanıb.

Bundan əlavə, xüsusi xidmət orqanları Rusiyada prezident seçkiləri günü seçki məntəqələrində iki terror aktının qarşını alıblar. Terror aktlarından biri İnquşetiyada, digəri isə Başqırdıstanda törədilməli imiş.