adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Aprel 2018 11:08
9891
GÜNDƏM
A- A+

12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.

Adalet.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən bu gündən etibarən polis əməkdaşları gücləndirilmiş iş rejimə keçib.

Qeyd edək ki, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin etmək üçün 12000-dən çox polis cəlb ediləcək.