Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Həyat cizgiləri Adalet.az | Həyat cizgiləri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Həyat cizgiləri

9791    |   2018-04-09 23:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onun həyat yoluna bələd olan hər kəs bilir ki, Tamella xanım bu dünyada haqqı nahaqqa verməyən, zəhməti, istedadı və biliyi sayəsində özünü təsdiq etmiş Azərbaycan xanımıdı. Aid olduğu ailənin və təmsil etdiyi qurumun nüfuzunu həmişə yüksək tutan, qəbul etdiyi qərarlarla, çıxardığı hökmlərlə ədaləti həmişə uca tutan Tamella Nəsrullayeva Bakı Dövlət Universitetinini hüquq fakültəsini bitiribdi.

O, 1977-ci ildə ölkənin ən nüfuzlu ali məktəbi ilə vidalaşandan sonra uzun müddət ictimai işlərdə, eləcə də o dövrün ən nüfuzlu dövlət təşkilatlarında, partiya orqanlarında çalışmışdı. Necə deyərlər, bir rəhbər işçi kimi özünü təsdiq etmiş, həyat təcrübəsi toplamışdı. 1987-ci ildə isə o, Binəqədi Rayon Məhkəməsinin hakimi təyin olunmuş və 2000-ci ilə qədər bu məhkəmənin sədri kimi müxtəlif səpgili cinayət, mülki işlərin məhkəmə araşdırmalarını aparmış, ədalətli hökmləriylə həm ictimaiyyətin, həm də məhkəmə əməkdaşlarının hörmətini qazana bilmişdi. 2000-ci ildən 2007-ci ilə qədər isə o, Bakının Nizami Rayon Məhkəməsinin sədri vəzifəsində çalışmış, burada da öz peşəkarlığıyla, öz ədalətiylə bu xanım hakim ədliyyə işçiləri arasında müsbət reytinqini daha da möhkəmlətmişdi.

Məhz onun bu yüksək reytinqi yuxarı instansiyalarda da bu peşəkar hüquqşünasa diqqəti bir az da artırdı. Və nəticədə Tamella Nəsrullayevanın həyatında artıq respublika səviyyəsində bir sərəncama imza atıldı. Beləliklə, 2007-ci ildə  Ağır Cinayyətlərə dair işlər üzrə Azərbaycan respublikası Məhkəməsinin Hakimi, 2011-ci ildə isə o, Bakı Ağır Cinayyətlər  Məhkəməsinin Hakimi təyin edildi.

Artıq Tamella Nəsrullayevanın bu uğurlu xidmət fəaliyyəti özünün bəlli zaman kəsiyinə gəlib çatdı. Və elə bu ilin aprel ayının ilk günlərində yaş senzinə əsasən çox hörmətli Tamella Nəsrullayeva təqaüdə göndərildi. Amma buna baxmayaraq, onun maraqlı həyat yolu, eləcə də məhkəmə araşdırmalarının apardığı proseslər yaddaş tarixçələrinə yazıldı. Onu tanıyanların, onu izləyənlərin hələ uzun illər öyrənəcəyi bir bilgi mənbəyinə çevrildi. Təbii ki, xidməti şərəflə başa vurmaq, xoş sözlərlə təqaüdə göndərilmək hər bir vəzifə sahibinin içindəki böyük arzulardan biridir. Sevindirici haldır ki, Tamella Nəsrullayeva bu arzusuna da qovuşdu. Elə onun yubileyinə toplaşan dostları da, doğmaları da, həmkarları da məhz birmənalı olaraq bu məqamı vurğuladılar. Bildirdilər ki, Tamella xanım həm bir insan kimi, həm bir Azərbaycan xanımı kimi, həm də bir hakim kimi hər kəs üçün doğmadır, əzizdir. Elə bu doğmalığın bir nümunəsini də məclisin iştirakçısı şair Sabir Abdin öz şeiriylə ifadə etdi:

ADIN MÜBARƏK

Ömür yollarında doğan Günəşsən,
Gecə də, gündüz də yağar işığın.
Tükənsə dünyanın sevgisi, nuru
Söküb zülmətləri axar işığın.

Gəldiyin bu yollar şirin bir nağıl
Baxıb gözlərinə yollar ağarır.
Arxaya baxırsan xatirələrdi
Yenə də həsrətlə səni çağırır.

Yaşına mübarək deyirəm sənin
Gözündən gülüşlər əskik olmasın.
Dolansın boynuna xoşbəxt günlərin,
Əkdiyin çiçəklər heç vaxt solmasın.

Yaşa bu dünyanı arzularınla,
Hər arzu ömrünün nəğməsi olsun.
Yaşa məhəbbətlə, yaşa min yaşa
Bütün gözəlliklər könlünə dolsun.

Ömürlük hakimsən, adın mübarək!
Hər hökmün, qərarın sənin adındı.
Haqqın, ədalətin özüsən elə
Sənin bir adın var, kişi qadındı.

Bir daha Tamella Nəsrullayevanı təbrik edir, ona Allahın nəsib etdiyi ömür payını sağlam və xoş ovqatla yaşamağı arzu edirik.

Əbülfət MƏDƏTOĞLU



İmza:
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK