ANA SƏHİFƏ / SİYASƏT

Rafael Cəbrayılov:”Seçki hüququ hörmətə layiq hüquqdur!”

5415    |   2018-04-09 17:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bəşəriyyət yaranan vaxtdan insan öz hüquq və azadlıqları uğrunda amansız mübarizə aparıb, hətta təbii hüquqlarını pozitiv hüquqa cevirmək üçün çoxlu qan töküb. Elə insan hüquqları var ki, onlar qanunlara sanki qanla yazılıb. Yaşamaq hüququ, azadlıq hüququ bu qəbildən olan hüquqlardandır".

Bunu Millət vəkili Rafael Cəbrayılov deyib. Onun sözlərinə görə, insan tədricən demokratik cəmiyyət qurmaq və öz dövlətinin idarəçiliyində bilavasitə iştirak etmək istəyib ki, bu da seçki hüququnu əldə etmədən mümkünsüzdür. Seçki hüququ uğrunda da insan qanlı mübarizə aparıb və nəhayət arzusuna catıb: "Bu baxımdan, seçki hüququ da hörmətə layiq hüquqlardandır. Seçki hüququndan istifadə etməyən insanın vətənpərvərliyi və siyasi yetkinliyinin yüksək səviyyədə olmaması şəksizdir. Seçkilərdə iştirak edən insan öz dövlətinin idarə edilməsi kimi bir siyasi məsələdə iştirak etməsindən qürur duymalıdır. Seçkidə iştirak etmiş insanların əl barmağının əvvəllər bəzi ölkələrdə görünən mürəkkəblə işarələnməsi və həmin insanların cəmiyyətdə mürəkkəbli barmaqlarını sanki hamıya göstərmələri vətənpərvərlik, vətəndaş mövqeyi və milli qürur hislərindən qaynaqlanır. Seçki hüququ vəzifə deyil, hüquqdur. Ona görə də bu hüquqdan istifadə könüllüdur. Bu hüquqdan istifadə etməməyə görə heç bir məsuliyyət də yoxdur. Yuxarıda qeyd etdiyim kimi hörmətə layiq hüquq olan seçki hüququndan istifadə hər bir şəxsin vətəndaş mövqeyini ortaya qoymağa imkan verən milli qüruru ilə bağlıdır. Aprelin 11-də Respublikamızda növbədənkənar Prezident seçkisidir. Bütün seçicilərimi və fb dostlarımı ilk növbədə bu seçkidə fəal şəkildə iştirak etməyə dəvət edirəm. Qarşıdan gələn 7 il ərzində xalqımızın taleyini, habele öz taleyinizi hansı namizədə etibar edəcəyiniz məsələsində diqqətli olmağınızı xahiş edirəm. Çünki, bu çox məsuliyyətli bir məsələdir. Cənab İlham Əliyev xalqın taleyini etibar edəcəyimiz yeganə namizəddir. Mən əminəm ki, siz də bu seçimi edəcəksiniz".


SON XƏBƏRLƏR
2018-04-25
2018-04-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK