adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Aprel 2018 18:07
13510
SİYASƏT
A- A+

İlin birinci rübündə 34 min yeni iş yeri yaradılıb

"İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb”. Bunu Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, qeyri-neft sektorunda, sənaye istehsalında, qeyri-neft sənayesində və kənd təsərrüfatında ciddi artım əldə olunub: "Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub. İlin birinci rübündə 34 min yeni iş yeri yaradılıb”.

Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin olunması, aqro parkların yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev bundan əlavə, turizmin inkişafı, dəmiryolu infrastrukturunun yenidən qurulması, yeni asan xidmət mərkəzlərinin açılması, özünəməşğulluq proqramlarının icrası, qazlaşdırma, elektrik stansiyalarını tikilməsi, içməli su ilə təchizat, meliaritet tədbirlərin görülməsi, yeni yolların salınması, xəstəxana və məktəblərin inşası ilə bağlı tapşırıqlarını verib.