adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Aprel 2018 16:55
15086
İDMAN
A- A+

Azərbaycan idmançıları seçki marafonunda - VİDEO

Azərbaycan idmançıları 11 apreldə keçiriləcək Prezidentseçkilərindəİlham Əliyevə dəstək üçün elan olunanmarafona qoşulublar.

Adalet.az "Report”a istinadən xəbər verir ki, marafonu peşəkar kikboksinq üzrə dünya çempionu Zabit Səmədov başlayıb və digər idmançıları estafeti davam etdirməyə çağırıb.

Ötən həftə ərzində estafeti sərbəst güləş üzrəAvropa və 3 qatdünya çempionu Hacı Əliyev,kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionuEduard Məmmədov, taekvondo üzrədünya və Avropa çempionatlarının mükafatçısı Ramin Əzizov, karate üzrə 5 qat dünya və 10 qat Avropa çempionuRafael Ağayev, futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov, Azərbaycan voleybol millisində çıxış etmiş Valeriya Məmmədova, boks üzrəAvropa çempionu, dünya çempionatınınvə 2012-ci il London YayOlimpiya Oyunlarının mükafatçısı Teymur Məmmədov, peşəkar boks üzrə dünya çempionu Pərviz Abdullayev, həmçinin, pauerliftinq üzrə dünya və Avropa çempionları Vüqar Namazov, Ramil Əhməd və Hafiz Verdiyev estafeti davam etdiriblər.

Cüdo üzrə Azərbaycan milli komandası isə estafeti tam heyətlə qəbul edib.

Marafona həmçinin veteran idmançılardan da qoşulanlar olub. Azərbaycanı müstəqil ölkə kimi ilk Olimpiya Oyunlarında təmsil etmiş ağırlıqqaldıran,dünya və Avropa çempionatlarının mükafatçısı Asif Məlikovseçkilərdə İlham Əliyevə dəstək videosunu yayıb.

Çəkilişə videodəstəyi "Report" İnformasiya Agentliyi göstərib.

Xatırladaq ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-nə təyin edilib.