adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Aprel 2018 16:37
13159
HADİSƏ
A- A+

DİN 157 nəfəri niyə saxlayıb? - Səbəb açıqlandı

Son günlər Daxili İşlər Nazirliyinin açıqladığı gündəlik kriminal xronikada borclu şəxslərin saxlanılması ilə bağlı məlumatlar yer alır.

Rəsmi statistikaya əsasən, 6 gün ərzində borclu şəxs qismində axtarışda olan 157 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə isə 14 nəfər saxlanılıb.

Borclu şəxs qismində axtarışda olan və mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslər kimlərdir?

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, bəzi hallarda borclu olan şəxsləri tapmaq olmur. Belə olan halda həmin şəxslər axtarışa verilir və bununla bağlı müvafiq qurumlara müraciət edilir:


"Onlar aliment borcu, bank borcu və digər borclu şəxslərdir. Axtarışlar Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Həmin borclu şəxslərlə bağlı müvafiq məlumat yerləşdirilə bilər. Onlar müəyyən məhkəmə icrasının qərarlarından yayınırlar. Tək ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində borclu olan şəxslərin axtarışı ilə bağlı müddəa mövcuddur. Bu baxımdan cavabdehin yerin müəyyən etmək mümkün olmadıqda, aidiyyatı üzrə axtarış üçün müraciət olunur. Bunlar daha çox aliment və vergi borcları ilə bağlıdır" -deyə Ə.Nuriyev vurğulayıb.