adalet.az header logo
  • Bakı 13°C
13 Aprel 2018 16:45
16595
SAĞLAMLIQ
A- A+

Qırmızı ət yeyənlərin diqqətinə!



















Qırmızı ətin tərkibindəki zülalların sidikqovucu xüsusiyyət daşıdığını, orqanizmdən daha çox kalsiumun atılmasına, nəticədə sümüklərin zəifləməsinə gətirib çıxardığını bildiriblər. 

Onlar sümüklərin möhkəm və sağlam qalması üçün qırmızı ət əvəzinə zülalla zəngin olan paxlalı bitkilərə üstünlük verməyi tövsiyə edirlər.

Mütəxəssislərin fikrincə, həftədə bir dəfə qırmızı ət yemək kifayətdir. Həftənin digər günlərində isə hindquşu, balıq, yumurta, süd və pendir yemək olar. Lobya, soya lobyası, badam, fındıq, fıstıq və taxıllar da tövsiyə edilən qidalardır.

Bunlar eynilə qırmızı ət kimi zülalla zəngindirlər. Ancaq ondan fərqli olaraq kalsiumun orqanizmdən atılmasına səbəb olmurlar. 

Bu isə sümüklərin daha möhkəm olmasını təmin edir. Həkimlər bildirirlər ki, 30 yaşdan etibarən qırmızı əti azaldıb alternativ qidalara üstünlük vermək lazımdır. Buna əmək etməklə yaşlılarda rast gəlinən sümük əriməsi, oynaqların çıxması, yeriyə bilməmək, sümük ağrıları kimi halların qarşısı alına bilər.