adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Aprel 2018 15:39
15625
MARAQLI
A- A+

Yaddaşı gücləndirmək üçün Siseron metodu

Siseronun yadda saxlama metodu qədim və məşhur Roma siyasətçilərindən birinin adını daşıyır. Bu siyasətçi öz çıxışları zamanı heç bir qeydlərdən istifadə etməməsi ilə məşhurdur. Bununla yanaşı, natiq öz danışığında çoxlu sayda rəqəm, ad, faktlardan istifadə edir və kifayət qədər tez-tez sitatlar səsləndirirdi.

Bəzi mənbələrə görə, Siseron metodu hələ hazırda adını daşıdığı müəllifdən əvvəl də istifadə olunurmuş. Belə ki, qədim yunan şairi Simonid fəal və uğurlu şəkildə bu metodu təcrübədən keçirmişdi.

Bu metod çox sadə və effektivdir. Onun digər adı "Roma otağı sistemi”dir. Metodun mahiyyəti ondan ibarətdir ki, yadda saxlamalı olduğumuz cəhətləri beynimizdə müəyyən səliqə ilə yerləşdirməliyik. Belə ki, beyninizdə boş otaq təsəvvür edirsiniz və yadda saxlamalı olduğunuz cəhətləri bu otaqda müəyyən yerlərdə yerləşdirirsiniz.


Siseron metodunu sınaqdan keçirmədən öncə otaqda hansı ardıcıllıqla hərəkət edəcəyinizi təyin edin. Beyninizdəki açar mövqeli vahidləri yerləşdirəcəyiniz məkanların ardıcıllığını seçin. Bir çoxları üçün beyində otağın təsəvvür edilməsi kifayət edəcək. Lakin ilk dəfə üçün məşhur natiqin etdiyi kimi evdə gəzərək bunu etmək daha məsləhətdir. Yadda saxlamaq lazımdır ki, bu məqsəd üçün bələd olduğunuz otağı seçməlisiniz. Məsələn, öz şəxsi iş otağınız. Hərəkət istiqamətinizi saat əqrəbinin istiqaməti üzrə təyin edə bilərsiniz.

Beyninizdəki fikirləri yerləşdirmək üçün ən adi əşyalardan istifadə edə bilərsiniz. Bu divan, televizor, şkaf, iş masası və s. ola bilər. Xəyali olaraq sağa-sola, yuxarı-aşağı hərəkət etmək də mümkündür. Bununla yanaşı, özünüzü yalnızca öz otağınız ilə məhdudlaşdırmaya da bilərsiniz.

Yadda saxlamağa çalışdığınız açar mövqeli anları predmetlər ilə assosiasiya etmək mütləqdir. Bu metoddan istifadə etmək üçün cəmi bir neçə dəfə məşq etməyiniz kifayətdir. Bu üsulun üstün cəhətlərindən biri odur ki, onu istənilən yerdə tətbiq etmək kifayətdir. Sizdən tələb olunan yeganə şey yadda saxlamalı olduğunuz məlumatı xəyali bir otaqda müəyyən yerlərdə yerləşdirmək və daha sonradan müəyyəm etdiyiniz hərəkət istiqaməti üzrə hərəkət etməkdir