adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Aprel 2018 15:29
14082
İDMAN
A- A+

XƏQANİ MÜƏLLİM, HƏRDƏN HAKİMLƏRİ BİR KÜNCƏ QOY

(Hakim «Qəbələ»nin haqqını yedi)

Orta məktəbdə uşaqlar dərsini bilməyəndə və ya pis biləndə müəllimlərin üç cəza növü vardı: şapalaqlamaq, küncə qoymaq, bir də küncdə bir ayaq üstə qoymaq.

İndi Xəqani müəllim, siz də dərsi pis bilən hakimləri hərdən cəzalandırın. Şapalaqlamaq yaxşı deyil, amma Hakimlər Komitəsinin ofisində küncə qoymaq pis olmaz. «Zirə» ilə «Qəbələ»nin oyununda hakim iki dəfə «Qəbələ»nin haqqını yedi və penalti vermədi. «Qəbələ»nin qapısına kəsilən penaltini Cavid Hüseynov haqlı sayır, əslində o da mübahisəli idi.