adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Aprel 2018 15:21
10270
GÜNDƏM
A- A+

CİN GÖRÜRƏM, ŞEYTAN GÖRÜRƏM QORXMURAM…

Müsəlman dövlətləri nə təyyarə qayıra bilirlər , nə raket, nə tank …

… yox, Türkiyə tank düzəldir, amma onun da mühərrikini nemeslərdən alır…

… nə atom bombası. Düzdür, Pakistanın deyilənə görə, atom bombası var, onu da bizim Razi Nurullayev satın almaq istəyir. İnanmıram Pakistan atom bombasını Razi Nurullayevə sata, çünki onda Hindistanın qabağında əliyalın qalar.

Tanrının da müsəlmanlara yazığı gəlib onlara bütün dünyaya çatacaq qədər yeraltı, yerüstü sərvət verib. Onlar da həmin sərvətləri satırlar xristian dövlətlərinə, sonra da həmin pullarla adam kimi yaşamaq əvəzinə xristian ölkələrindən raket, təyyarə, bomba, tank, oşala alırlar…

…elə məsələn, Səudiyyə Ərəbistanı ABŞ-dan 300 milyard dollarlıq silah-sursat almaq üçün müqavilə imzaladı. Aldıqlarını da tez-tez tökür Yəməndəki əmioğlanlarının təpəsinə...

… sonra da Əzrayıla dönüb bir-birlərini qırırlar.

HARDA MÜSƏLMAN GÖRÜRƏM, ÜRƏYİM AĞRIYIR…