adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Aprel 2018 14:45
22857
MARAQLI
A- A+

İnsanlığa dərs keçən vampir quşlar

İnsanların qorxunc hesab etdiyi, bəzən ikrahla yanaşdığı yarasalar əslində öz məsuliyyətlərinə, möhkəm ailə tellərinə görə insanlığa dərs keçə bilərlər. ABŞ və Almaniya alimlərinin araşdırmalarına görə, xüsusən də yarasaların dişiləri öz yaxınlarına insan kimi can yandırırlar.

Məsələn, onlar tapdıqları bütün qidaları yaşlı anaları, təzə balalamış bacıları və ya digər ailə üzvləri ilə bölüşürlər. Bir-birinə qayğı göstərirlər. Yad olan quşlarla isə münasibət qurmaqdan imtina edirlər.

Vampir quşlar adlandırılan yarasaların erkəkləri də qida tapmaqda bir-birinə köməklik göstərirlər. Əgər digər ailə başçısı daha az ov edibsə, o zaman qohumluq və qonşuluq əlaqəsi olanlar yığışıb ona kömək olacaqlar.

Qeyd edək ki, alimlər bütün bunları öyrənmək üçün 4 il yarasaları müşahidə ediblər. Hətta yarasaların yeməklərini oğurlayıblar ki, onların reaksiyasını öyrənsinlər. Bir-birinə sıx bağlı olan dişilər dərhal qida azlığının fərqində olub və ana yarasa gələnə qədər onun balalarını yemləyiblər.

Şəfiqə ŞƏFA