adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Aprel 2018 14:39
13876
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: CƏRİMƏNİ ÖDƏMƏYƏN SÜRÜCÜLƏR SAXLANILDI

Bəzi sürücülər elə təsəvvür edirlər ki, yol hərəkəti qaydalarını pozarkən onlar üçün yazılmış cərimələri ödəməsələr də mümkündür. Təəssüf ki, bunu dar düşüncəli və qanunu kifayət qədər bilməyən sürücülər fikirləşirlər. Onlar onu da düşünürlər ki, əgər qərar çıxarılmayıbsa, deməli, bir ildən sonra həmin cərimə avtomatik silinəcəkdir. Hansı ki, hər bir yol hərəkəti qaydasının pozulmasına görə, tərtib edilmiş elektron protokol birmənalı olaraq hüquqi qüvvəyə malikdir və bu cəriməni kimliyindən asılı olmayaraq, hər bir sürücü mütləq ödəməlidir.

Əgər ödəmirsə, onda nəqliyyat vasitəsini idarə edərkən istər respublika əhəmiyətli yollrada, istərsə də şəhərdaxili yollarda xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılır və maşın cərimə ödənilmədiyinə görə müvəqqəti duracağa qoyulur. Bir faktı da qeyd edək ki, vaxtı keçmiş, cəriməni ödəməyən minlərlə sürücü var.


Yol Patrul Xidməti Alayının bütün tağımlarında respublikanın avtomobil yollarında hərəkət edən və cərimə borcları olan sürücülərə qarşı ciddi mübarizəyə xeyli vaxtdır ki, start verilib. Keçirilən reyd zamanı son aylarla yüzlərlə sürücü stasionar postlarda saxlanılaraq cərimə borcları ödənildikdən sonra onların avtomobili idarə etməsinə icazə verilib.

Belə tədbirlər Yol Patrul Xidməti Alayının Bakı-Quba avtomobil yolunda xidmət aparan 1-ci tağımında da mütəmadi olaraq gerçəkləşdirilməyə başlanılıb. Yəni reydlər zamanı və eləcə də adi günlərdə stasionar postda onlarla cərimə borcu olan avtomobillər saxlanılır və sürücülər bir daha məsuliyyətə cəlb edilir. Şənbə-bazar günlərində keçirilən reydlərdə məhz bu məsələlər gündəmdə saxlanılır.
Avtomoibili yenicə Sumqayıt bazarından almış, sükan arxasında əyləşən bir gənc özü könüllü surətdə 1-ci tağımın stasionar postuna yaxınlaşır. Yol polisi əməkdaşı, polsi serjantı Anar Hümmətov onunla söhbət edir. Məlum olur ki, maşını yenicə almış həmin sürücü əvvəllər yazılmış cərimə borcunu özü könüllü olaraq ödəmək istəyir. Və Anar Hümmətov da bir daha həmin sürücüyə hüquqi cəhətdən kömək göstərir və postdakı terminalda cəriməni ödəmək mümkün olduğunu bildirir. Bir daha bortkompüterdə həmin maşının cəriməsinə baxılır. Məlum olur ki, 73 manat cərimə borcu var. Həmin borcu da sürücü stasionar postda ödəyir və aparatdan qəbzi götürür. Sonra da deyir ki, bax, indi ürəyim tam sakit oldu. Məni heç kəs qarşı postlarda saxlamayacaq. Sürücü də onu da qeyd etdi ki, mənim özüm ziyalı adamam, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Qanunlara əməl etmək hamının borcudur. Mən də qanunu sevirəm və ona həmişə əməl edirəm. Çünki qanuna hörmət edəndə, bu qanun da səni qoruyur.


Reyd zamanı həmin sürücüdən savayı bir neçə sükan arxasında əyləşmiş sürücü də saxlanıldı. Və onlar da əvvəldən qalmış cərimə borclarını ödədilər. 1-ci tağımın əməkdaşlarından Anar Hümmətov, Tusi Bayramzadə, Samir Əliyev, İslam Cəfərov və başqaları keçirilən reyd zamanı qanunu pozan digər sürücülər barəsində də inzibati prtokol tərtib etdilər. Elə sürücü var idi ki, avtomobili texniki baxışdan keçirməmişdi. Hətta bir sürücü təhlükəsizlik kəmərini vurmamışdı. Həmin sürücülər də yol polisi əməkdaşları tərəfindən inziati məsuliyyətə cəlb edildilər.



Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq şimal istiqamətinə gedən nəqliyyat vasitələrinin sayı xeyli artıb. Üstəlik də şənbə-bazar günləri bir çox insanlar ailəlikcə o istiqamətə üz tuturlar. Ölkəmizdə həm də prezident seçkilərinə hazırlıq işləri görülür. Artıq bir gündən sonra seçki olacaq. Bununla da əlaqədar olaraq həmin istqamətlərə gedən xarici nümayəndələr və eləcə də yerli vəzifəli şəxslər yol patrul maşınlarıyla müşayət olunur və onlar təhlükəsiz mənzil başına çatdırılırlar.

Birinci tağımın komandiri, polis mayoru Ülfət Şükürov bildirir ki, son vaxtlar Bakı-Quba yolunda yaz mövsümüylə əlaqədar olaraq avtomobil axını bir qədər yüksəlib. Buna görə də əməkdaşlarımız hərəkətin təhlükəli olduğu yerlərdə xidməti daha məsuliyyətlə yerinə yetirirlər. Harda ki, təhlükə var, hardaki müəyyən problemlər yarana bilər, biz ora operativ olaraq hər gün naryadlar göndəririk. Çünki həmin yerlərə nəzarəti bir qədər də gücləndiririk. Öncədən ona çalışırıq ki, hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilsin və onlar daha da maariflənsin. Təbii ki, biz həyata keçirdiyimiz bu cür qabaqlayıcı tədbirlər nəticəsində xidmət apardığımız Bakı-Quba avtomobil yolunda baş verə biləcək ağır qəzaların qarşısını əsaslı surətdə almağa nail oluruq. Özü də sevindiricidir ki, son aylar xidmət apardığımız avtomobil yolunda ağır qəzalar aşağı enib.


Göründüyü kimi, hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində 1-ci tağımın rəhbərliyi və əməkdaşları mütəmadi olaraq qabaqlayıcı tədbirləri gerçəkləşdirirlər. Yol polisi bütün lazımi addımları vaxtında atır. İndi qalır hərəkət iştirakçıları da öz həyatlarını daim diqqət mərkəzində saxlamasına. Yəni hər bir sürücü və piyada diqqətli olsa aydındır ki, ağır qəzalar da azala bilər.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Rasim Əliyev – 1-ci tağımın baş inspektoru, polis leytenantı; Anar Hümmətov – 1-ci tağımın inspektoru, polis baş serjantı; Adil İSMAYILOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin Əsədov- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslam CƏFƏROV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.