adalet.az header logo
  • Bakı 20°C
09 Aprel 2018 11:22
9001
GÜNDƏM
A- A+

Azərbaycanın Gürcüstandakı səfirliyi 9 aprel qurbanlarının xatirəsini yad edib

Bu gün Gürcüstanda 1989-cu il 9 aprel hadisələrinin 29-cu ildönümü qeyd olunur.

Adalet.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları hadisə qurbanlarının xatirəsini yad ediblər. Səfirliyin adından Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısında yerləşən 9 aprel qurbanlarının xatirəsinə həsr olunmuş memorial abidənin önünə gül dəstələri qoyulub.
Qeyd edək ki, Gürcüstanda aprelin 9-u Müstəqilliyin bərpası günü kimi qeyd olunmaqla yanaşı, azadlıq tələbi ilə keçirilən kütləvi mitinqin qurbanları da yad edilir. Dinc mitinqin sovet qoşunları tərəfindən amansızcasına dağıdılması nəticəsində əksəriyyəti qadın olmaqla, 21 nəfər həlak olub, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.