adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Aprel 2018 13:02
19466
MƏDƏNİYYƏT
A- A+

Əməkdar artist 48 yaşında vəfat etdi

Moskvada fəaliyyət göstərən "Müasir Pyeslər Teatrının” aktrisası Anjelika Volkçova vəfat edib.

Adalet.az Azərtac-a istinadən xəbər verir ki, aktrisa ağır xəstəlikdən sonra Pasxa gecəsi 48 yaşında dünyasını dəyişib.

Əməkdar artistlə vida mərasimi aprelin 10-da teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.