adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Aprel 2018 11:09
15389
KRİMİNAL
A- A+

Bakıda qadın 1 kq marixuana ilə tutuldu

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, bu istiqamətdə aprelin 7-də həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini Almas Cəlilovanın rayon ərazisində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1 kiloqram 59 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.