adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Aprel 2018 16:13
12757
İDMAN
A- A+

3 cüdoçumuz 1/4 finalda

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri başa çatır. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə daha 4 idmançımız tatamiyə çıxacaq.

90 kq

Bu çəkidə 2 idmançımız mübarizə aparır. Məmmədəli Mehdiyev ilk görüşündə braziliyalı Qustavo Assisə qalib gələrək, 1/4 finalda israilli Li Koçmana rəqib olub.

1/16 finaldan azad olan Tural Səfquliyev də İsraildən olan Asaf Çenlə qarşılaşıb. Görüşdən qalib ayrılan Səfquliyev 1/4 finala adlayıb. O, yarımfinal yolunda Altanbaqana Qantulqa (Monqolustan) ilə üz-üzə gələcək.

100 kq

Azərbaycanı bu çəkidə təmsil edən Zelim Kotsoyev mübarizəyə Cənubi Koreya cüdoçusu Ço Quhamla görüşərək başlayıb. Rəqibinə imkan verməyən idmançımız növbəti mərhələdə Məhəmmədkərim Xürrəmovla (Özbəkistan) üz-üzə gəlib. Onu da mübarizədən kənarlaşdıran idmançımız 1/4 finalda irlandiyalı Benjamin Fletçeri sınağa çəkəcək.

+100 kq

Digərlərindən fərqli, Şahin Qəhrəmanov yarışa məğlubiyyətlə başlayıb. O, rusiyalı İnal Tasoyevə yenilib.

Qeyd edək ki, ilk iki gündə 6 cüdoçumuz tatamiyə çıxmış və yalnız Hidayət Heydərov bürünc medal qazanmışdı.