adalet.az header logo
  • Bakı 11°C
08 Aprel 2018 16:02
15608
DÜNYA
A- A+

Türkiyə təyyarələri İraqı vurdu

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk, Sinath-Haftanin, Zap və Metina bölgəsinə hava əməliyyatı təşkil edib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, əməliyyat nəticəsində terrorçulara aid olduğu müəyyən edilən 12 hədəf darmadağın edilib.