Biləsuvarda yanğın olub
Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
FHN-dən Adalet.az-a verilən məlumata görə, rayonun Əsgərabad kəndində ümumi sahəsi 80 m2 olan köməkçi tikilinin tavanı 15 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.