adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Aprel 2018 11:54
9929
SİYASƏT
A- A+

Macarıstanda parlament seçkiləri keçirilir

Macarıstanda parlament seçkilərində səsvermə prosesinə start verilib.

Adalet.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 06:00-da açılıb. Səsvermə saat 19:00-dək davam edəcək.

Qeyd edək ki, seçkidə əsas mübarizə baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES Partiyası, radikal sağ Yaxşı Macarıstan Uğrunda Hərəkat Partiyası, Macarıstan Sosialist Partiyası, yaşıllar, Demokratik Koalisiya Partiyası və liberallar arasında gedir.