adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Aprel 2018 17:16
10750
İDMAN
A- A+

Məşhur klubun 19 futbolçusu komandadan qovuldu

"Sportinq” futbol klubunun prezidenti Bruno de Karvalyu ilə oyunçular arasında qalmaqal yaşanıb.
Məlumata görə, Avropa Liqasının 1/4 finalının birinci matçında "Atletiko”ya 2:0 hesabı ilə məğlub olduqdan sonra klub prezidenti komandanı sərt şəkildə tənqid edib. Bundan sonra klubun 19 futbolçsu sosial şəbəkələrdə Bruno de Karvalyuya etirazını bildirib. Onu futbolçuları dəstəkləmədiyi üçün ittiham ediblər. Bundan hiddətlənən klub prezidenti 19 futbolçunu komandadan qovub.

Qovulan futbolçuların siyahısında Ruy Patrisiu, Brunu Fernandeş, Jelson Martinş, Uilyam Karvalyu, Brayan Ruis, Fabiu Koentrau və Seydu Dumbiya da var.