adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Aprel 2018 14:57
10649
SAĞLAMLIQ
A- A+

Bu gün ümumdünya sağlamlıq günüdür

7 Aprel - Ümumdünya Sağlamlıq Günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 70-ci ildönümünü qeyd edir. Ötən 70 il ərzində ÜST dünyanın çiçək kimi ölümcül xəstəlikdən qurtulmasına və tütün istifadəsi kimi öldürən vərdişə qarşı mübarizəyə rəhbərlik edib.

Bu il Ümumdünya Sağlamlıq Günü ÜST-nin təməl prinsiplərindən birinə həsr olunub: "Səhiyyənin əldə edilə bilən ən yüksək standartından faydalanmaq irqindən, dinindən, siyasi baxışından, iqtisadi və sosial şəraitindən asılı olmayaraq hər bir insanın əsas hüquqlarından biridir”.

ÜST-nin Baş Direktoru Dr. Tedros Abdanhom Qebreyesus: "Möhkəm sağlamlıq hər bir insanın malik ola biləcəyi ən dəyərli şeydir. Sağlam insan öyrənir, çalışır, eləcə də özünü və ailəsini dəstəkləyə bilir. Lakin xəstə olanda, onun üçün heç nəyin mənası olmur. Ailələr və icmalar geridə qalır. Buna görə də ÜST hər kəsə möhkəm sağlamlığı təmin etməyə çalışır”.

Altı regionda 194 üzvü və 150 nümayəndəliyi olan ÜST və onun əməkdaşları hər yerdə və hər kəsə daha yaxşı səhiyyəyə nail olmaq, eləcə də "sağlam həyatı təmin edən və yaşından asılı olmayaraq hər kəsə rifahı təşviq edən” Dayanıqlı İnkişaf Məqsədinə çatmaq amalı ətrafında birləşiblər.

Ümumdünya Sağlamlıq Gününün bu ilki devizi "Hər yerdə və hər kəsə universal tibbi xidməti təmin etməkdir”.