adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Aprel 2018 18:07
15861
SİYASƏT
A- A+

Rafael Cəbrayılov: “ABŞ-ın S-400 (triumf) narahatlığı”

ABŞ Türkiyəyə "Patriot" zenit-raket komplekslərinin birgə istehsalını təklif edib. Bu barədə Türkiyə KİV diplomatik mənbələrə istinadən yazır. İddiaya görə, rəsmi Vaşinqton Ankaraya bu sahədə əməkdaşlıq üçün "niyyət memorandumu" göndərib.

Məsələyə münasibət bildirən millət vəkili Rafael Cəbrayılov deyir ki, Rusiyanın türk və İslam dünyasına üz tutması, Rusiya-Türkiyə münasibətlərinin müsbət istiqamətdə inkişaf etməsi gələcəkdə strateji tərəfdaşlıqdan danışmağa imkan verir:"Bu, özünü nəinki sənaye-ticarət məsələlərində, habelə Türkiyənin ilk Atom Elektrik Stansiyasının Rusiya mütəxəssisləri tərəfindən tikintisinə başlamasında, hətta müasir silahların Türkiyəyə satılmasında da özünü biruzə verir. Söhbət yeni nəsil S-400 (triumf) raket qurğularından gedir. Ən yüksək hərbi imkanlara malik bu raketlərin artıq Türkiyəyə göndərilməsinin tezləşdirilməsi nəinki bütün NATO ölkələrində, əsasən ABŞ-da ciddi narahatlıq doğurub. Məhz elə buna görə də ABŞ Türkiyəyə "PATRİOT” hava hücumundan müdafiə komplekslərinin birgə istehsalını təklif edən niyyətlə çıxış edib”.

R.Cəbrayılov onu da qeyd edib ki, NATO-nun üzvü olsa da, heç də ona NATO-nun üzvü olan dövlətlər tərəfindən doğma münasibət bəslənməyən Türkiyə bu uzaqgörən siyasəti davam etdirəcək:"Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasına nail olan NATO, əsasən də ABŞ hadisələrin bu cür cərəyan edəcəyini əvvəldən görməli idi. Bu hal Qərbin mövqelərinin zəifləməsinə, ümumbəşəri ictimai fikrin və dünyada qüvvələr balansının dəyişməsinə, ən başlıcası isə Şərqin tamamilə "oyanması”na gətirib çıxaracaq. Şərqin "oyanması”, habelə təşkilatlanması artıq dünyada baş verən hadisələrin məcrasının dəyişməsinə səbəb olar və Qərbin Şərqdə "at oynatması”na son qoyular”.