adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Aprel 2018 18:10
12139
MƏMLƏKƏT
A- A+

Prezident Lənkərana 12 milyon ayırdı - Sərəncam

Prezident İlham Əliyev aprelin 6-da "Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 12 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.