adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"İctimai nəqliyyatda kiməsə yer verək, ya verməyək?"

ƏZİZƏ İSMAYILOVA
111173 | 2018-04-07 11:58

Neçə gündür beynimdə dolaşan deməsəmolmazlardan doğdu bu yazı, yaxud da məqalə.

XXI əsr... Bakı -meqapolis.

Kənardan görünən vədeyilən: sivilizasiyanın göbəyi, multikulralizmin mərkəzi, Avropa Oyunları, F1yarışları, İslamiada, dağıdıb dibinə çatdığımız "qara qızıl", qazvurub qazan doldurmaq ümidində olduğumuz "ağ qızıl", başı qarrıdağlar, igid-igid azəri oğulları... hələ neçə dənə də öz oğlunuz..

Belə bir inkişafın tənortasında camaat olaraq beynimizi yorduğumuz, cavab axtarmağa çalışdığımız şeyəbax:

"İctimai nəqliyyatdaqadına, böyüyə-kiçiyə, yer verək yoxsa verməyək?"

Ay qadanız alım, ürəyinizistəmirsə, heç kimə yer verməyin - nə qadına, nə uşağa, nə qocaya, heç kimə. Buməcburiyyətdən qurtarın özünüzü, seçiminiz nədirsə, onu da edin.

Hörmətli yer istəyənlər,yer umanlar, heç kimin sizə qarşı belə bir öhdəliyi borcu, məcburiyyəti yoxdur.Oturub getmək istəyirsinizsə, duruma görə minin avtobusa və ya metroya.

Niyə bir-birimizilazımsız məsuliyyətlə yükləyirik və buna o qədər alışırıq ki, axırıqapaz-yumruq davasına çıxır. Dövran o dövran deyil, zəmanə o zəmanə deyil. Buboyda qloballığın içində fərdilik axtarma həvəsi məhv edər adamı.

Birsəbr edin, düşünün – kiməsə yer verməklə ya da verməməklə axı nə dəyişəcək? Nə?

Əgər avtobusdakı vəya metrodakı basabasda evində qeyrət ağacı olan hansısa "qaqaş" ya da"dayı", sənə kərkinirsə və bütün həmcinslərini özü kimi bilib evindəkiləriqapalı rejimdə saxlayıb gününü qara, əppəyini para edirsə, o adam kiməsə yerversə nə olacaq, verməsə nə olacaq?

Əgər avtobus ya qatarbiraz bərk tərpənəndə bəhanə ilə qadının-qızın əlindən ya belindən tutub özünəçəkirsə, üzündəki qorxu qarışıq çarəsizliyi görüb yanıq baxışlarla gözünə zillənirsə,o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər yerini sənəverib başının üstündə gözü ilə səni yeyəcək və oturma təklifini qəbul etdiyiniburnundan gətirəcəksə, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər atan-babanyaşında adam, yanında çarəsiz dayanmış qız-gəlinin çantasına və ya cibinətelefon nömrəsi atırsa, ətrafdakı o boyda insanı vecinə almayıb nömrəsinitelefonun ekranına yazıb irişə-irişə yanındakının gözünə soxursa, o adam kiməsəyer versə nə olacaq, verməsə nə olacaq?

Əgər biri, "dizdənyuxarı ətək geyinən qız görəndə ağlım onda qalır maşını bordürə mindirirəm,hahahaaa" deyə sırtıq-sırtıq diş ağardırsa və bu, onun ətrafı üçün çoxnormal qarşılanırsa, o ictimai nəqliyyatda kiməsə yer versə nə olacaq, verməsənə olacaq?

Əgər biri sosialdünyada hansısa şəklinə bir "like” qoyan kimi inboxda sənə dürlü-dürlü təklifləretmək cəsarətində buluna bilirsə, o adam kiməsə yer versə nə olacaq, verməsə nəolacaq?

Əgər sanballıbildiyin, adam bildiyin, cəmiyyət arasında tanınan, az qala ətəyində namazqılmağa hazır olduğun biri, evində 2 nur topu kimi qızı, dünya gözəli həyatyoldaşı ola-ola, 20 yaşında olan iş yoldaşına "taappp” deyə votsapda açıq-aydınəxlaqsız təklif etmə cəsarətini özündə çox rahatlıqla tapır və bunu çox normalqarşılayırsa, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər biri ilə hərhansısa bir məsələ ilə bağlı inboxda 5 kəlmə danışmalı olursan və onun dediyiolmayanda o yazışmanı skrin edib paylaşır və qarşı tərəfi əxlaqsız çıxartmaqüçün əlindən gələni edirsə, qadanız alım, o adam kiməsə yer versə nə olacaq,verməsə nə olacaq?

Evdə əlini stola dahamöhkəm çırpıb "çay istəyirəm” hökmü ilə böyüyən və sonar bu hökm "azzz, çay gətirin!!!Mənsiz hava da almaq olmaz”a keçirsə, o adam kiməsə yer versə nə olacaq, verməsənə olacaq?

Və bütün bu ƏSƏR`lərinyaradıcısı olan ANA`lar, bir gün onlarla rastlaşandan sonra öz əsərlərindənşikayət etməyə başlayırlar. Niyə? Sizin əsərinizdir axı qarşınızdakı – sizə söyəndə, yumruq atan da, barmaq edən də…

Hələ pampersdənçıxmamış "kişi balam” deyə öz tay tuşalrı ilə öpüşdürməkdən zövq alırsınız,toyda- nişanda "oğlum hansı qızı qucaqlasın” deyə qəşş edirsiniz, bağçaya gedir"kimi sevirsən?” ilk dərs günü "mama qurban, hansı qızdan xoşun gəldi?”sualından az qalır məst olub yıxılasınız…

Biğ yeri tərləməmiş"burda mənəm, Bağdadda kor xəlifə” deyən oğlunuza söz keçirə bilməyəndə "heç nəolmaz kişinin sözü ötkəm olar, evlənəndə düzələcək” deyə üstündən keçibgedirsinizsə, siz sabah ondan ətrafa qarşı hansı böyük sevgi və mədəniyyət sərgiləməsiniistəyirsiniz ya da gözləyirsiniz?

Evdə qız uşağı varsa,"oğlum deyən qanundur” deyə firon böyüdürsünüz. Qıza əl qaldırır-"heç nəolmaz qardaşındır", qıza ata-anasından çox qadağa qoyur -"heç nə olmazqardaşındır” deyə fərəhləndirə-fərəhləndirə böyüdürsünüz…

Həmişə, hər yerdəonun hakim olduğunu canına-qanına işləyənə qədər hopdurursuz damarına...

Atalar etmirmi? Edir.Onlar da anaların etdiyinə göz yumur. Bizdə övlad qadının əsəridir,razılaşmasanız belə.

Vədə çatır, bir günsizin dövranınız bitir və bu fironların cəmiyyətə buraxılma zamanı çatır. Artıqsiz istəsəniz də heç nə edə bilməzsiniz. Sizi eşidəcək qulaqları çoxdan karetmisiniz.

Eynən qaranlıq tövlədənişığa çıxanda gözü bərələ qalan öküzə dönürlər, gələnə gedənə buynuz ata-ata.Real həyatda olanlar mama-papa nağıllarından çox-çox uzaqdadır onlar üçün.Hansınısa cəmiyyət əhilləşdirə bilir, hansınısa məhv edir.

Və bir gün başqa evdəeyni cür böyüyən o öküzlərdən biri hardasa sizin qarşınıza çıxır və siz o anşüvən salıb mədəniyyət-əxlaq, özünüzə hörmət tələb tələb edirsiniz. Başlayır"indiki gənclərdə mədəniyyət qalmayıb, indiki gənclər elə, indiki gənclər belə”tənələri. Hardan gəldi o gənclər, kim böyütdü onları sizcə?

Necə bilirsiz dəyərmiçox baş sındırmağa?

Əgər düşüncəmiz,reallığımız budursa, siz deyin, bu adamlar kiməsə yer versə nə olacaq, verməsənə olacaq?

Nə edək, necə edək?

Dəyişmək üçün hardanvə nədən başlayaq - sualına sizin cavabınız əminəm ki, düşündüyümdən dahasanballıdır.

P.S. Bura kimi gəldinsə,təşəkkür edirəm, dost. fikrin və diqqətin həmişə önəmlidir.


TƏQVİM / ARXİV