ANA SƏHİFƏ / YAZARLAR

"İctimai nəqliyyatda kiməsə yer verək, ya verməyək?"

Əzizə İsmayılova - jurnalist

43539    |   2018-04-07 11:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündür beynimdə dolaşan deməsəmolmazlardan doğdu bu yazı, yaxud da məqalə.

XXI əsr... Bakı - meqapolis.

Kənardan görünən və deyilən: sivilizasiyanın göbəyi, multikulralizmin mərkəzi, Avropa Oyunları, F1 yarışları, İslamiada, dağıdıb dibinə çatdığımız "qara qızıl", qaz vurub qazan doldurmaq ümidində olduğumuz "ağ qızıl", başı qarrı dağlar, igid-igid azəri oğulları... hələ neçə dənə də öz oğlunuz..

Belə bir inkişafın tən ortasında camaat olaraq beynimizi yorduğumuz, cavab axtarmağa çalışdığımız şeyə bax:

"İctimai nəqliyyatda qadına, böyüyə-kiçiyə, yer verək yoxsa verməyək?"

Ay qadanız alım, ürəyiniz istəmirsə, heç kimə yer verməyin - nə qadına, nə uşağa, nə qocaya, heç kimə. Bu məcburiyyətdən qurtarın özünüzü, seçiminiz nədirsə, onu da edin.

Hörmətli yer istəyənlər, yer umanlar, heç kimin sizə qarşı belə bir öhdəliyi borcu, məcburiyyəti yoxdur. Oturub getmək istəyirsinizsə, duruma görə minin avtobusa və ya metroya.

Niyə bir-birimizi lazımsız məsuliyyətlə yükləyirik və buna o qədər alışırıq ki, axırı qapaz-yumruq davasına çıxır. Dövran o dövran deyil, zəmanə o zəmanə deyil. Bu boyda qloballığın içində fərdilik axtarma həvəsi məhv edər adamı.

Bir səbr edin, düşünün – kiməsə yer verməklə ya da verməməklə axı nə dəyişəcək? Nə?

Əgər avtobusdakı və ya metrodakı basabasda evində qeyrət ağacı olan hansısa "qaqaş" ya da "dayı", sənə kərkinirsə və bütün həmcinslərini özü kimi bilib evindəkiləri qapalı rejimdə saxlayıb gününü qara, əppəyini para edirsə, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər avtobus ya qatar biraz bərk tərpənəndə bəhanə ilə qadının-qızın əlindən ya belindən tutub özünə çəkirsə, üzündəki qorxu qarışıq çarəsizliyi görüb yanıq baxışlarla gözünə zillənirsə, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər yerini sənə verib başının üstündə gözü ilə səni yeyəcək və oturma təklifini qəbul etdiyini burnundan gətirəcəksə, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər atan-baban yaşında adam, yanında çarəsiz dayanmış qız-gəlinin çantasına və ya cibinə telefon nömrəsi atırsa, ətrafdakı o boyda insanı vecinə almayıb nömrəsini telefonun ekranına yazıb irişə-irişə yanındakının gözünə soxursa, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər biri, "dizdən yuxarı ətək geyinən qız görəndə ağlım onda qalır maşını bordürə mindirirəm, hahahaaa" deyə sırtıq-sırtıq diş ağardırsa və bu, onun ətrafı üçün çox normal qarşılanırsa, o ictimai nəqliyyatda kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər biri sosial dünyada hansısa şəklinə bir "like” qoyan kimi inboxda sənə dürlü-dürlü təkliflər etmək cəsarətində buluna bilirsə, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər sanballı bildiyin, adam bildiyin, cəmiyyət arasında tanınan, az qala ətəyində namaz qılmağa hazır olduğun biri, evində 2 nur topu kimi qızı, dünya gözəli həyat yoldaşı ola-ola, 20 yaşında olan iş yoldaşına "taappp” deyə votsapda açıq-aydın əxlaqsız təklif etmə cəsarətini özündə çox rahatlıqla tapır və bunu çox normal qarşılayırsa, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Əgər biri ilə hər hansısa bir məsələ ilə bağlı inboxda 5 kəlmə danışmalı olursan və onun dediyi olmayanda o yazışmanı skrin edib paylaşır və qarşı tərəfi əxlaqsız çıxartmaq üçün əlindən gələni edirsə, qadanız alım, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Evdə əlini stola daha möhkəm çırpıb "çay istəyirəm” hökmü ilə böyüyən və sonar bu hökm "azzz, çay gətirin!!! Mənsiz hava da almaq olmaz”a keçirsə, o adam kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Və bütün bu ƏSƏR`lərin yaradıcısı olan ANA`lar, bir gün onlarla rastlaşandan sonra öz əsərlərindən şikayət etməyə başlayırlar. Niyə? Sizin əsərinizdir axı qarşınızdakı – sizə söyən də, yumruq atan da, barmaq edən də…

Hələ pampersdən çıxmamış "kişi balam” deyə öz tay tuşalrı ilə öpüşdürməkdən zövq alırsınız, toyda- nişanda "oğlum hansı qızı qucaqlasın” deyə qəşş edirsiniz, bağçaya gedir "kimi sevirsən?” ilk dərs günü "mama qurban, hansı qızdan xoşun gəldi?” sualından az qalır məst olub yıxılasınız…

Biğ yeri tərləməmiş "burda mənəm, Bağdadda kor xəlifə” deyən oğlunuza söz keçirə bilməyəndə "heç nə olmaz kişinin sözü ötkəm olar, evlənəndə düzələcək” deyə üstündən keçib gedirsinizsə, siz sabah ondan ətrafa qarşı hansı böyük sevgi və mədəniyyət sərgiləməsini istəyirsiniz ya da gözləyirsiniz?

Evdə qız uşağı varsa, "oğlum deyən qanundur” deyə firon böyüdürsünüz. Qıza əl qaldırır-"heç nə olmaz qardaşındır", qıza ata-anasından çox qadağa qoyur -"heç nə olmaz qardaşındır” deyə fərəhləndirə-fərəhləndirə böyüdürsünüz…

Həmişə, hər yerdə onun hakim olduğunu canına-qanına işləyənə qədər hopdurursuz damarına...

Atalar etmirmi? Edir. Onlar da anaların etdiyinə göz yumur. Bizdə övlad qadının əsəridir, razılaşmasanız belə.

Vədə çatır, bir gün sizin dövranınız bitir və bu fironların cəmiyyətə buraxılma zamanı çatır. Artıq siz istəsəniz də heç nə edə bilməzsiniz. Sizi eşidəcək qulaqları çoxdan kar etmisiniz.

Eynən qaranlıq tövlədən işığa çıxanda gözü bərələ qalan öküzə dönürlər, gələnə gedənə buynuz ata-ata. Real həyatda olanlar mama-papa nağıllarından çox-çox uzaqdadır onlar üçün. Hansınısa cəmiyyət əhilləşdirə bilir, hansınısa məhv edir.

Və bir gün başqa evdə eyni cür böyüyən o öküzlərdən biri hardasa sizin qarşınıza çıxır və siz o an şüvən salıb mədəniyyət-əxlaq, özünüzə hörmət tələb tələb edirsiniz. Başlayır "indiki gənclərdə mədəniyyət qalmayıb, indiki gənclər elə, indiki gənclər belə” tənələri. Hardan gəldi o gənclər, kim böyütdü onları sizcə?

Necə bilirsiz dəyərmi çox baş sındırmağa?

Əgər düşüncəmiz, reallığımız budursa, siz deyin, bu adamlar kiməsə yer versə nə olacaq, verməsə nə olacaq?

Nə edək, necə edək?

Dəyişmək üçün hardan və nədən başlayaq - sualına sizin cavabınız əminəm ki, düşündüyümdən daha sanballıdır.

P.S. Bura kimi gəldinsə, təşəkkür edirəm, dost. fikrin və diqqətin həmişə önəmlidir.




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK