Əbülfət MƏDƏTOĞLU: ZAMAN YÜKÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
53704 | 2018-04-07 11:04

Hər zamanın özyükü var. Buyük zamanın boynunda olmur... ovcunda olmur.. Heç onun harda yerləşdiyini,harda əyləşdiyini də bilmək mümkün deyil. Bircə o bəllidir ki, zaman öz yükünübizlərə yükləyir. Və biz də bu zamanın içərisində olduğumuzdan o yükü daşıyıbaparmaq zorundayıq nəfəsimiz çatan yerə qədər... O yerin özündə də zaman var...O zamanın da yükü başqa bir məsafəyə qədərdir. Onu hər adam daşıya bilmir, yənihər bəndəyə nəsib olmur. Və beləcə, biz çiynimizdəki zaman yükünün altındayaşlaşırıq, qocalırıq, əriyirik. Deyəbilərsiniz ki, hamı yaşlaşmır axı, hamı qocalmır axı. Razıyam, amma bir şərtlə.Kim harda ömrünü tamamlayırsa, elə onun yaşı ora qədərdir. Deməli, o artıqqocalıb, o artıq yaşlaşıb. Və bir də ki, qocalığın özü, yaşlaşmağın özü bizinsanların durumumuza verdiyi adın ifadəsidi. Yəni əslində qocalmaq, yaşlaşmaqbir söz olaraq bizim əynimizdə illəri görüntüləyir. Ona görə də siz razıolsanız da, olmasanız da, hər ötən yaşla o yaş sahibinin yaşlaşdığına,qocaldığına daha çox inanıram. Və inandığım çox şeylərdən biri kimi bu məqamınözündə də müəyyən ştrixlər axtarmağa, müəyyən impulslar tapmağa çalışıram. Eləbilirəm ki, o duyumlar mənim həm də dünyayla anlaşmama bir körpüdü, bir vasitədi.Ona görə də üzümü zamanın sahibinə tuturam və deyirəm:


Hələ də bağlıtutmusan

Açmırsan sirliqapını...

Sirlə birgəunutmusan -

Bu tozlu, kirliqapını...


İçimdən külək də əsib,

Könlümüxışlayıb, əzib...

Ruhumun damarınkəsib -

Suvardım sirliqapını...


Hər yerə havam təkgetdin

Axırki, arzuna yetdin...

Sənmənə and yeri etdin -

Ocaqlı,pirli qapını!..


Bəli,bax, o dediyim zaman bu qənaəti, bu inancı formalaşdırıb məndə. Və mənbütünlüklə əmin olmuşam ki, hətta artıq bütünlüklə güvənirəm ki, bu dünyanın sənəolan hər nöqtəsi pirdi, ocaqdı... budünyanın hər bir qarışına toxunduğun yer yenə müqəddəsdi, yenə əzizdi. Və mənbu müqəddəsliyin içərisində tapdığım ümidi, inamı sənə borcluyam, səni yaradanaborcluyam...

İndihəyatın kirkirəsi zaman yükünü əritməkdə biz insanlara müəyyən mənada köməkdi,dəstəkdi. Təbii ki, o kirkirənin sapından tutmağı bacarana, onu işlətməyi bilənəbu məsələ bir az asan gəlir. Onun əzabı da sevinci də, dözümü, etirazı da biraz fərqli olur. Bir anlıq gözünüzün önünə gətirin, naşı bir adam ilk dəfəgördüyü kirkirənin sapından yapışıb onu bütün gücüylə, özü də ikiəllifırlatmağa çalışır. Dərhal da yorulur, təngnəfəs olur. Amma onun dilini bilən yaşlı bir qadın elə astacafırladır ki, o kirkirəni. Özündəkidən üyünüb qovuda çevrilir. İndi ağzının dadını bilənlərdən soruşun, görünqovud barəsində sizə nələr deyəcəklər. Onda biləcəksiniz kirkirəni işlətməyin nədemək olduğunu. Və onda biləcəksiniz ki, kənd yerlərində o kirkirəni asta-astaişlədən nənələrimiz, analarımız qollarının gücüylə ömürlərini də, həyatlarınıda üyüdürlərmiş şirinliyini qovuda qatmaq üçün.

Hər bir halda, hərbir yerdə sözün təsir gücü var. Üstəlik, sözün o təsir gücü təkcə sahibininyox, onu dinləyənin də düşüncəsinə, məntiqinə və bir də içində olduğu zamanauyğun gəlməlidi. Belə olan halda söz havada qalmır. Çox təəssüf ki, zaman yükübəzən boynumuzun ardından üzü aşağı elə basır ki, deyəcəyimiz söz də şikəstolur, ağrılara bələnir. Bax, belə bir zamanda mənim də ağlımdan gəlib keçir ki:


Mən çırpıb tökürəmfikir yükümü

Kağız üzərinə, qələmüstünə...

Hər gün də gedirəmgözüyümülü -

Fərqinə varmadanələm üstünə!..


Qapını üzüməbağlayıb mənim

Ürəyim kökündənlaxlayıb mənim...

Əlimi havadasaxlayıb mənim -

Daş qoyur o mənimşələmin üstə...


İçimdə qarıyırvüsala xiffət

Azalır, sozalır,tükənir ülfət...

Nə də adam kimiölmür Əbülfət -

Yığışıb dostkimi gələm üstünə...


Bəli, indiözünüz fikirləşin. Bu dünyanın hər üzünə bələd olub və sonra qara daşının göyərmədiyinibəyan edən böyük söz xiridarının söylədiyi kimi, zaman yükünü daşımağı boynunaçəkmiş bizləri nə vaxtsa bütün arzularımızla qol-boyun olacağımıza, yəni göyərəcəyimizəinanmaq, güvənmək olarmı? Məncə yox! Çünkibizim arzularımızın, istəklərimizin hüdudu yoxdu. Amma Yer kürəsihüdudludu. Bütün insanların hüdudsuz arzularını, istəklərini hüdudlu Yer kürəsinənecə sığışdırmaq olar?! Təbii ki, bu bir az iddialı, bir az da sərsəm sualdı.Neyləyim, içimdən gəlib keçdi, deməyə bilmədim. Necə deyərlər, susmamaqhaqqımdan istifadə etdim. Axı mən də bu zamanın hər üzünü yavaş-yavaş tanımağabaşlamışam. Düzdür, bu tanışlıq deyəsən gecikib, daha doğrusu, qatar kimi ötübkeçib məndən. Amma heç tanınmamaqdan az tanınmaq da fərqlənir. Özü də müsbət mənada.Ümumiyyətlə, isə zamanın bütün üzlərini, cizgilərini tanımaq özü böyük birelmdi. O elmin sahibləri də bu missiyanıTanrıdan alanlardı. Yəni demək istəyirəm ki, müqəddəslərlə özümü bir cərgədəgörmək istəyim heç iynə ucu boyda da deyil. Sadəcə, az-çox oxuduqlarımdan çıxardığım nəticə budurki, bu dünyayla baş-başa gəlmək kölgə ilə vuruşmaqdı!..

Doğrudan da mənhər bir anla, hər bir günlə özümdə belə bir yəqinlik hasil edirəm ki, insanın şəxsihəyatı, şəxsi yaşamı özü bir kitabdı. Vəo kitabın müəllifi də hər kəsin özüdü. Və hər kəs də öz kitabını özüyazdığından orda kənar izləri, kənar sözləri görməyə o qədər də maraq göstərmir.Bax, elə mənim bu məntiqimlə razılaşsanız, onda bir az nəşə gətirəcək, əhvalıxoş ovqata kökləyəcək misraları pıçıldayaram. Bax, belə:


Dan yeri ləngsökülür

Mən necə görüm səni...

Günəş yatanda Ayol -

Mən gecə görüm səni...


Ürək seçmiş sərvətə

Bir ümid qat, şərbətə...

Bu sevgidə hər vədə-

Heç-heçə görüm səni...


Tanrımsan, həmpirimsən

Əbədi dipdirimsən...

Birsən,birsən, birimsən -

De,neçə görüm səni!..


Doğrudanda lap dərindən, necə deyərlər, yerin yeddinci qatından əl uzadıb fikir götürübçözəndə belə adam öz içini başqalarından daha yaxşı görür, öz ürəyini digərlərindəndaha çox vərəqləyir, səhifələyir. Və bu gerçək olan həqiqətin hər bir anıreallığın özü olmaqla yanaşı, həm də o əvvəldən dediyim zaman yükünün ağırlığıaltında necə qıvrıldığını, necə bir-birinə pərçim olduğunu yaşayıb susmaqzorunda qalırsan. Yəni bir az da sadə formada ifadə etsəm. Daxilindəki dünyaylasəni əhatə edən dünyanın bir-birinə tərs münasibəti bütün vurma, çıxma, toplamaəməliyyatlarına baxmayaraq, yenə sənin uduzmağınla, sənin iç dünyanın məğlubiyyətiyləbaşa çatır. Bunun da səbəbi əvvəldə dediyim kimi arzuların, istəklərinhüdudsuz, Yer kürəsinin isə hüdudlu olmasıdı.

Haragedirəmsə, sonunda divar görürəm... hara üz tuturamsa, sonunda sərhəd var. Bax, bu dediklərimin hüdudsuzuluğu, sərhədsizliyiyalnız iç dünyamda gerçəklikdi. İnsan isə bir varlıq olaraq əzəldənhüdudsuzluğa meyl göstərib. Hətta böyük Səməd Vurğun özünün məşhur"Vaqif" dramında da Vaqifin diliylə deyib ki: "Əzəldən hüduduyoxdu kamalın!" Zənnimcə, elə o hüdudsuzluqdu bizləri yaşadan, bizləriyaşamağa həvəsləndirən, inandıran. Təbii ki, inamsız, həvəzsiz yaşamaq sadəcəmövcud olmaqdı. Yaşamaq tamam fərqli bir şeydi. Onun parametrlərini hər kəs özücızır, özü çəkir. Mənim yaşadığım dünyanın layihəsi də, karandaşı da, fırçasıda bir əldədi. O əl də sahibinin ixtiyarında. Hə, nə demək istədiyimi yəqin ki,anladınız. Ona görə də bu əlin sahibindən başqa kimsənin iç dünyama üz tutmasımümkünsüzdü. Və mən də məhz bu yanaşmayla demək istəyirəm:


O qədər dərddəndanışdım

Dərd hopducanıma, Allah...

Mən bir günahkaraşiqəm

Göndərmə yanıma,Allah

heç kimi!


Hər kəsə uzağam,yadam

Tüstüsü boğulanodam...

Dirəyi əyilmişodam -

Cəlb etmirşanıma, Allah

heç kimi!


Ürəyim qurd təkulasın

Gözüm üzümüsulasın

Qoyma, əlinəbulansın

Qaşığı qanıma,Allah

heç kimi!


Deyəcəm düşübtinimə

Ömür yaraşmırsinimə

Mənim eşq adlıdinimə

Öyrədib qınama,Allah

heç kimi!


Hər görüntü ülfətdeyil

Hər çəkilən xiffətdeyil

Heç kəs də Əbülfətdeyil

Tay bir dəsınama, Allah

heç kimi!


Hə, demək içərisindəolub yükünü daşıdığım zamanın mənim həyatımdakıyeri, izi elə heç kim olmağımdı. Yəni mənim heç kimliyim Allahın da, elə Sənində necə deyərlər, umrunda deyil. Əgər olsaydı, bu qədər daxili sıxıntıların içərisindəsozala-sozala qaralmağa üz tutan bir ömrünsonunu kənardan seyr etməzdin.

Mən yazımın əvvəlindəbu zaman yükünün müəyyən işartılarından söz açmağa çalışdım. Bilmirəm, aldırabildim, yoxsa yox, amma tam səmimi deyim ki, hər kəs öz yükünü necə çəkməyidaha yaxşı bilir. Və mənim dediklərim sizlər üçün, eləcə də hər kəs üçün qəbulolunmaya bilər, hətta bu yazını oxumağı dakənara qoyub digər işlərlə məşğul olmaq mümkündür. Ancaq hər bir haldabilmək lazımdır ki, biz bir-birimizə söykək, dayaq olmalıyıq... bir-birimizəhaqqını yemədən bir-birimizin yoluna işıq salmağa çalışmalıyıq. Bax, ondaömrümüzdə zamanın bütün diqtələrinə, bütün sıxıntılarına, bütün yüklərinəbaxmadan korlanmalar, qaralamalar az olacaq. Biz iç dünyamızın işığını vaxtsızsönməyə, öləziməyə daha çox vaxt ayırıb cəhd göstərəcəyik. Və heç biriniz mənimindi söylədiyi misralardakı duyğuların təsirsiz yazıldığını düşünməyəcəksiniz.


Günlər lap namərdlikedir

Bir aylıq kefi korlayır...

Qışda xəyalınqurduğum -

Bir yaylıq kefikorlayır...


Tuş eləyib qəribyerə

Üzü üstə səribyerə...

Atıb kimsə dəribyerə -

Tapdayıb nəfikorlayır...


Tökülür üstümə ələm

Qoymur ki, özüməgələm...

Bəxtəvər qırmızıqələm -

Düzü, həm səhvikorlayır...


Bəli, indi nəyindüz, nəyin səhv olduğunun seçimini edə-edə, ələyini istədiyiniz səmtə fırladıbözünüz zamanın yükünə verdiyiniz çiyninizin dözümü barəsində də düşünün. Axı,düşünmək heç vaxt gec deyil!..


TƏQVİM / ARXİV