adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Aprel 2018 16:21
19473
MARAQLI
A- A+

Bu şəxslər biznes-klassda uça bilməyəcək

Bel çevrəsi 142 santimetrdən çox olanlar biznes-klassda uça bilməyəcək.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, belə bir məhdudiyyət Taylandın Tai Hava Yolları tərəfindən irəli sürülüb.

Hava Yollarının qərarına görə, "Boeing787-9 Dreamliner” təyyarələrində biznes-klasda uçmaq istəyənlərin belinin dairəsi qeyd edilən ölçüdən az olmalıdır. Əks halda, həmin şəxslər ekonom klassda uçmalı olacaq.

Hava Yollarından verilən açıqlamada bildirilir ki, buna səbəb biznes-klassda kəmərlərin uzunluğu həmin şəxslərin belinin dairəsi üçün yetərli deyil.

"Normalda artıq çəkili sərnişinlərə təhlükəsizlik kəməri əlavə kəmərlə uzadılır. Ancaq hava yastıqlarının təhlükəsiz və təsirli olması üçün sərnişinin belini əhatə etməlidir. Uzadılan kəmərlər isə təhlükəsizliyi təmin etmir”-deyə, şirkətdən bildirilib.