Faiq QİSMƏTOĞLU: DÜNYANIN ƏN SƏMİMİ PREZİDENTİ

FAİQ QİSMƏTOĞLU
70837 | 2020-04-25 11:00

...Dünyada böyükdövlətlər çoxdur. Və bu böyük dövlətlərin də bir-birinə bənzəməyən prezidentlərivar: ABŞ var, Çin var, Rusiya var, İngiltərə var, Fransa var... Bunları başadüşmək olur. O ölkələr güclü dövlətdir vəmüstəqilliyi çoxdan qazanıblar...

Azərbaycanbunlardan tam fərqlidir. Yəni Azərbaycanın prezidenti adını saydığım ölkələrinprezidentlərindən heç də geri qalmır. Ən azından ona görə ki, qısa zaman kəsiyindəmüstəqil dövlətimiz dünyada tanınıb və öz çəkisi, öz yeri var. O prezidentlərdənbizim prezidentin bir də fərqi ondan ibarətdir ki, İlham Əliyev dünyanın ən səmimiprezidentidir. İnanmırsınız? Mən bir-bir faktları sadalayım, siz də fikirverin.

...Və bizimprezident həmişə öz sözünün yiyəsidir. Yəni o bir sözü deyirsə, deməli, mütləqona əməl edəcəkdir. Və prezident İlham Əliyevin dediyi bu sözlər hər an, hər dəqiqəmənim qulaqlarımda səslənir: "Mən hərbir azərbaycanlının prezidentiyəm!"Və bu fikri də cənab prezident fəaliyyət göstərdiyi bu illər ərzində öz əməliylətəsdiqləyib.

Mən prezidentiona görə sevirəm ki, o həmişə bu xalqın, bu millətin yükünü çiynində cavan olsada daşımağı bacarıb... Mən prezidenti ona görə çox istəyirəm ki, Macarıstandaömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovu heç kimin xəbəriolmadan bir gecənin içərisində Azərbaycanagətirdi... Mən prezidenti ona görə çox istəyirəm ki, ermənilərlə bu məsələdə təkbaşınadöyüşdü və erməni lobbisinin kürəyini yerə çırpdı, bir daha hər bir azərbaycanlınınprezidenti olduğunu sübut etdi...

Milli QəhrəmanMübariz İbrahimovun meytinin ermənilərdən alınması elə də asan deyildi. Nə qədərçətinliklə də olsa onun cənazəsi Azərbaycana gətirildi və möhtəşəm salonaqoyuldu və o salonda prezident İlham Əliyev hamını kövrəldən çıxış elədi. Vəçıxışı zamanı özü də kövrəldi. Bax, budur dünyanın ən səmimi prezidentininböyük ürəyi! Bax, budur xalqını, millətini hər an işığa, günəşə doğru aparmağınyolları!

Müstəqil AzərbaycanUlu Öndər Heydər Əliyevin şah əsəridir desək, yanılmarıq. Və bu əsərə prezidentİlham Əliyev çox böyük möhtəşəmlik, güc, qüvvət və rəng gətirib. Və qısa zamankəsiyində Azərbaycan bir az da böyüyüb, bir az da inkişaf edib və dünyanın həryerində tanınıb. Çünki Azərbaycan həm də mən deyərdim ki, dünyanın ən sabit, ən sakit, ən rahat məmləkətidir... çünki burdabaşqa ölkələrdə olduğu kimi, ictimai asayiş tez-tez pozulmur... çünki burdabaşqa ölkələrdə olduğu kimi terror aktları baş vermir... çünki burda gecəninhansı saatında desən küçəyə çıxıb təmiz hava uda bilərsən və rahat daqorxusuz-ürküsüz gəzərsən. Bunların hamısı cənab prezident İlham Əliyevinyaratdığı sabitliyin bəhrəsidir.

Biz İstanbulda olanda orda dedilər ki, abi, gecələrçölə çıxmayın. Hırsızlar sizi soyarlar. Sözün düzü, gülməyimiz gəldi. Onlaradedik ki, Azərbaycanın hansı yerinə yolunuz düşsə, heç kəs bu sözü sizə deməz.İstəyirsiniz Bakıya gəlin, istəyirsiniz də digər şəhərlərdə olun. Gecə vaxtıhara çıxsanız, heç bir qorxu-ürkü, narahatlıq ola bilməz. Heç kəs sizinqarşınızı kəsib deməz ki, niyə gecənin bu vaxtı bu küçədə gəzirsiniz?! Sözündüzü, türk qardaşlarımız da bizi dinləyəndən sonra çox sevindilər. Sonraqonağımız oldular, gecə Bakıya çıxdılar, çox rahat da özlərini hiss etdilər.Qayıdanda dedilər ki, bizim sizə heç bir sözümüz yoxdur. Dünyanın heç bir yerində belə rahat, sakit vəqorxusuz şəhər görməmişik.

Bu gün Azərbaycanınhansı yerinə, hansı rayonuna, hansı kəndinə ayaq bassan, orda möhtəşəm birabadlıq görərsən... Bu gün hansı yerə üz tutsan, hansı yerə baş çəksən orda gözəlliklərin,qeyri-adi mənzərələrin şahidi olarsan... Və bu gün Azərbaycanın hansı yerinəyolun düşsə, orda çox qəribə bir ab-hava, rahatlıq və sakitlik duyarsan... İndiməmləkətimizdə elə bir kənd, elə bir yaşayış sahəsi yoxdur ki, orda möhtəşəmişlər görülməsin. Bunlar hamısı Azərbaycan prezidentinin zəhmətidir... bunlarhamısı dünyanın ən səmimi prezidentinin yaratdığı xariqələrdi... bunlar hamısıbizim gördüyümüz, şahid olduğumuz mənzərələrdi...

Biz şənbə-bazargünləri istirahət edərkən prezident İlham Əliyev həmin günlərdə regionlarda səfərdə olub, sosialobyektlərin, yolların və yeni tikililərin açılışını edib. Bütün bunlar həm də milyonların, insanların sevinci vəyeni həyatı deməkdir. Nə qədər məktəblər, nə qədər xəstəxanalar, nə qədər uşaqbağçaları və nə qədər də digər obyektlər istifadəyə verilib...

...1993-cü ildəUlu Öndər Heydər Əliyev İmişliyə səfər etmişdir. Bax, onda Füzulidən olan məcburiköçkünlər də İmişlidə məskunlaşmışdı. Ulu Öndər onlarla görüşə gəlmişdi. Həmingörüşdə mənim qardaşım rəhmətlik QürbətHüseynov da çıxış etmişdi.Bax onda Füzulidən qaçqın düşmüş insanlar Ulu Öndərə sığındılar. Ona görəsığındılar ki, 1994-cü ilin yanvarında onun rəhbərliyiylə Füzulinin 22 kəndi vəHoradiz şəhəri geri qaytarıldı. Bax, bu, xalqa, millətə və ən nəhayət, özyurdundan didərgin düşmüş insanlara bəxş edilmiş ən böyük sevgi idi. Və bu gündə bizim kəndin camaatı öz yurdlarına yenidən qayıtdıqlarına görə, Ulu Öndərə rəhmətoxuyur...

BəhmənliFüzulinin ən böyük kəndidir. Və bu ən böyük kəndə heç Sovet dönəmində belə qazxətti çəkilməyib. Amma bu gün Böyük Bəhmənlidə bütün evlərə təbii qaz verilir.Bütün evlər bu sevinci yaşayır. Kəndin dörd tərəfini birləşdirən altıkilometrlik yol ən müasir üslubda yenidən tikilərək istifadəyə verilib. Kənddə demək olar ki, insanların həyatı vəyaşayışı tamamilə dəyişib. Əgər Sovet dönəmində bu kənddə beş-on avtomobilvardısa, indi bəlkə də minə yaxın avtomobil var. Hətta elə ailə var ki, onun həyətində iki-üç bahalı maşın dayanıb.Bunun hamısını ölkə prezidenti cənabİlham Əliyev yaradıb. Bunu xeyirdə, şərdə camaat hamısı yada salır, deyir vəxatırlayır...

Böyük şair MəmmədArazın aşağıdakı misraları yadıma düşür:

Vətən daşıolmayandan,

Olmaz ölkə vətəndaşı...

...Hər birinsan, hər bir adam öz ölkəsinin vətəndaşı olmalıdır. Onun hər daşını, hərqayasını, hər otunu, çiçəyini sevməlidir. Amma bu heç də belə deyil. Bu ölkəninçörəyini yeyən, suyunu içən bir neçə üzdəniraq azərbaycanlı Fransada vəAlmaniyada səfirliklər qarşısında toplantı keçirərək ölkəmizin ünvanına min cürşər-böhtan deyirlər. Guya onların bumillətə ürəyi yanır. İndiyə kimi bir ağac əkməyən, bir arx çəkməyən, bir qarışyerdə bir iş görməyən adamlar adlarını müxalifət qoyub bu dövlətə, bu ölkəyə hərcür böhtan deyirlər. Sağlam müxalifəti məndə qəbul edirəm. Amma bu cür sözlər danışan, şər-böhtan deyən adamlar mənən xəstəadamlardı. Fiziki cəhətdən xəstə olan insanı sağaltmağa nə var ki?! Ancaq mənən kar, kor, lal olan adamları heç qəbir dədüzəltmir. Gərək kar, kor və lal olasan ki, bu qədər Azərbaycanda görülmüş möhtəşəmişləri hiss etməyəsən, danışmayasan, görməyəsən.

Böyük yazıçı MirCəlalın bir hekayəsi var:"Qulp". Orda əsərin "qəhrəmanı" hər şeyə bir qulp qoyur.Deyirlər ölkəmizdə metro var. O da deyir ki, noolsun, metro çox pis şeydir,çünki yerin altıyla gedir. Deyirlər filan yerdə gülüstanlıqdı. O da deyir ki,noolsun, güllərin ətri bir-birinə bənzəyir. Bir sözlə, həmin adam hər şeydə birqaranlıq axtarır. Bax, bizim üzdəniraq müxalifət də indi Azərbaycanda lupaylabelə bir qaranlıq axtarır və onu gözə soxmağa çalışır.

Prezident İlhamƏliyev dəfələrlə çıxışlarında bəyan edib ki, bu xalqın bir nömrəli xidmətçisiyəm.Dediyinə də tamamilə əməl edib. Prezidentdəfələrlə çıxışlarında bildirib ki, jurnalistlər mənim dostumdur. Yenədediyinə əməl edib. Çox uzağa getməyək. Son üç-dörd ildə jurnalistlər üçün ikimöhtəşəm bina tikilib və həmin mənzillər ehtiyacı olan jurnalistlərə hədiyyəedilib. Bundan böyük, bundan işıqlı mətbuata münasibət göstərmək olarmı? Dünyanınheç bir yerində Azərbaycanda olduğu qədər jurnalistlərə sevgi və dəyər verilməyib.Bu sevgini yalnız və yalnız Azərbaycanda ölkə prezidenti mətbuata bəyan edib.

Aprel döyüşləriheç vaxt yadımdan çıxmır və çıxmayacaq da. Çünki 2016-cı ilin aprelin əvvəlindəmən də Horadiz şəhərində idim. Bax onda Azərbaycan xalqının və Azərbaycanordusunun prezidentin ətrafında necə birləşdiyinin şahidi olmuşam. Bax, ondagördüm ki, Azərbaycan prezidenti dünyanın ən güclü və ən səmimi prezidentidi.Çünki o, yumruğunu düyünləyib çıxış edəndə Azərbaycan xalqı onun arxasındadayanmışdı. Və buna görə də Azərbaycanordusu Cəbrayıl rayonu ərazisindəki Lələtəpəni işğaldan azad elədi. Tərtərrayonunda strateji yüksəklik ələ keçirildi. Min hektarlarla torpaq sahəsi işğaldan azad olundu və həmin yüksəkliklərəAzərbaycan bayrağı sancıldı və orda Azərbaycan bayrağı dalğalandı!..

...İşğaldan azadolunmuş Cocuq Mərcanlı kəndində möhtəşəm quruculuq və tikinti işləri görüldü.Bir-birindən gözəl yaşayış binaları, sosial obyektlər tikildi. Şuşa məscidininbənzəri olan məscid inşa olundu. Və ölkəprezidenti İlham Əliyev bu kəndin yeni tikintisinin açılışında iştirak etdi.Cocuq Mərcanlı balaca bir kənd olsa da, indi dünyadan görünən bir kənddir. Vəindi o kənddə əlavə yüzdən də çox evlər tiklib və əhali də bu ocağa qayıdır...

Biz Azərbaycanınqədrini hələ bir o qədər də yaxşı bilmirik. Biz ölkə prezidenti İlham Əliyevinmöhtəşəm işlərinə yetərincə dəyər verməyi bacarmırıq. Amma Azərbaycan bu günAvropadan, xarici ölkələrdən çox möhtəşəm görünür. Çünki dünyanın gözü Azərbaycandadır...çünki Azərbaycan gündən-günə daha qüdrətli, daha güclü olur... çünki Azərbaycanlanəhəng dövlətlər artıq hesablaşmağa başlayıb... Və nə yaxşı ki, hesablaşmağabaşlayıb. Ona görə hesablaşmağa başlayıblar ki, bu dövlətin sükanı arxasındadünyanın ən səmimi, ən güclü və ən qüvvətli şəxsi əyləşib - İlham Əliyev!

...Və biz dədünyanın ən səmimi prezidentini o bizi qoruduğu kimi qorumalı və onun ətrafındadaha möhtəşəm birləşməliyik! Çünki belə olanda möhtəşəm Azərbaycana heç birdövlətin gücü çata bilməyəcək!!!


(06 Aprel 2018)


TƏQVİM / ARXİV