adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Aprel 2018 17:37
14306
SİYASƏT
A- A+

Lukaşenko Azərbaycandakı seçkidən danışdı: “Xalq düzgün seçim edəcək”

Belarus prezidenti Aleksandr Lukaşenko MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Adaletn.az-ın "belta.by” saytına istinadən verdiyi xəbərə görə, MDB müşahidəçilər missiyasının rolu barədə danışan Lukaşenko deyib ki, ölkəsi hər zaman seçki proseslərində obyektivliyin tərəfdarı kimi çıxış edib. Onun sözlərinə görə, seçkiləri müşahidə edən MDB nümayəndə heyəti alternativ fikir formalaşdırmağa və öz rəylərini hələ seçkilərdən qabaq bəyan edən avropalı həmkarlarının yüksək siyasiləşdirilməsi ilə mübarizə aparmağa imkan verir.

A.Lukaşenko Rusiyanı prezident seçkiləri münasibəti ilə təbrik edib. O, qeyd edib ki, ruslar ölkənin sürətli iqtisadi və sosial inkişafı üçün səs verib.

Belarus prezidenti, həmçinin qeyd edib ki, bir neçə gündən sonra - 11 aprel tarixində dost Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək: "Əminəm ki, Azərbaycan xalqı Rusiya xalqı kimi öz dövlətinin möhkəmlənməsi və tərəqqisinin xeyrinə düzgün seçim edəcək. Biz bu dost ölkə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətlərin inkişafına inanırıq”, - Belarus lideri deyib.