Bizi bu əsər intihardan qurtaracaq

OĞUZ AYVAZ
28530 | 2018-04-06 16:27

Heminquey deyirdi, yaxşı kitab aysberqə oxşayır,onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. Doğurdan da yaxşı kitablarüçün zaman anlayışı yoxdur. Bu kitablar insan üçün min illər keçsə də dəyərlidir.Bu günlərdə mən də elə dediyim kitablardan birini yaddaş arxivimə köçürdüm. SöhbətHerman Hessenin "Siddharta” əsərindən gedir.

Hesse missioner ailəsində doğulmuşdu. Atası onubaşqa dinlərə, başqa peşələrə yönəltmək istəyirdi. Hesse isə buna qarşıçıxmışdı. Ailəsinin istədiyi bir adam olmamış, öz düşüncələri ilə yaşamağıseçmişdi. Hindistana, buddizmə böyük marağı vardı. Bu maraq onu Hindistanaaparmış, orda şərq fəlsəfəsini öyrənməyə vadar etmişdir.

Birinci Dünya Müharibəsinin xarabalıqlarıarasından, insana və həyata dair ümidi yenidən cücərtməyə çalışan insanlarınaxtarışlarından doğan bir əsər deyə bilərik "Siddharta” üçün. Yazıçı əsəri1922-ci ildə tamamlamışdı. Çünki Hesse də o illərdə oxşar axtarışlar içindəidi.

Yaşamağı öyrədən əsər...

Bəşəri duyğularla süslənmiş əsər...

Buddizimi bədii ədəbiyyata, sənətə çevirən əsər...

Əsərin qəhrəmanı Siddahrta yeniyetməlik çağında həyatınmənasını, anlamını sorğulayar, həyatın sirlərinə bələd olmaq üçün dostuQovindayla evi tərk edir və yollara düşür. Bir müddət ac qalır, əzab çəkir, məniniöldürmək üçün ruhunu, bədənini yoxsullaşdırır. Samanlara qoşulur, onlar kimiyaşayır. Ancaq hələ də yolun sonuna çatmayıb. Hansı yolu seçsə, ilk başda doğruyolu tapdığını düşünür. Lakin sən demə, bu yol onun içindəki yolla birləşmir.Onun axtardığı yol başqadır...

Əsərdən bir parça:

"İnsanların çoxusu yarpaq kimidirlər: onlar havadagəzişir, fırlanır, sonda isə yerə düşürlər. Digərləri isə - çox azı - ulduzkimidirlər: onlar müəyyən yolla hərəkət edirlər, heç bir külək onları yolundandöndürə bilməz.”

Səfərlərisırasında Qovindayla birgə Buddaya rast gələrlər. Siddharta Buddanın yanındaqala bilməsə də dostu Qovinda Buddanın şagirdlərinə qoşulur. Siddhartha isəaxtarışlarına davam edir. Zəngin Kamala adlı qadınla tanış olur, onu sevir,onunla sevişir. Daha sonra varlı bir tacirə qoşulub, özü də varlanır.

Sidhartaartıq öz məninə məğlub olmuşdu. Bütün günahları edir, günləri yeyib-içməkləkeçir, məclislər, qadınlar, qızıllar, mülklər onu daha da tənhalaşdırır. İllərkeçdikdən sonra peşmançılıq, məyusluq hissləri yaxasından yapışır. Hər şeyiniatır, yenidən təbiətə qayıdır. Bundan sonra Sidhatrada yeni həyat, yeni yolbaşlayır. Hesse bu yerdə bizə bunları xatırladır: "Kənardan yox, məhz içdən gələn səsə itaət ali xoşbəxtlikdir.”Sidharta da içindən gələn səsə, ürəyinin səsinə qulaq asır və o səs onu həqiqətədoğru aparır.

Qəhrəmanımız,sadə insanlardan fərqli olduğunun fərqindədir. O insanlara "uşaq insanlar”deyir. Amma gün gəlir, uşaq insanlardan heç bir fərqi olmadığını, heç kimin birbaşqasından fərqli olmadığını görür. Həyatın mükəmməliyi bu birlik halındadır.Qəhrəman bunun fərqinə varır.

Qocalıqdönəmində axtardıqlarına qovuşmuş kimidir. Bir çox insan kimi həyatının irəlidönəmlərində təbiətlə görüşür, bir axar çayla dost olur, onunla söhbətləşir,dostunun məsləhətlərini dinləyir.

Məncə,əsərin ən gözəl hissələri məhz bu detallardadadır. Çünki dinləməyibacardığımızda bütün cavabları təbiətdə tapa biləcəyimizə inanıram. Təbiət həqiqətəndə danışır, həm də insanlardan daha önyarğısız, daha içdən və daha olduğu kimidanışır:

"Səndə çaydan öyrəndinmi o sirri, zaman deyə bir şey olmadığını?”

Sidhartademək istəyir ki, çay eyni zamanda hər yerdədir, qaynadığı yerdə, axdığı yerdə,çağlayanda, qayıqda, dənizdə, dağda, eyni zamanda hər yerdə və onun üçün təkcəindiki zaman var, keçmişin kölgəsi deyə bir şey bilməz çay, gələcəyin kölgəsideyə bir şey də bilməz.

Əsərdən:

"O, çayın səsinin fərqinə vardı və ona qulaq asmağabaşladı. Bu səs onun müəllimi və bələdçisinə çevrildi, çayın özü onun üçünilahi bir şey idi. İllər boyunca o, heç düşünmədi ki, hər bir külək, hər birbulud, hər bir quş, hər bir böcək də həmin dərəcədə ilahidir və ən azı çayınöyrətdiyi qədər öyrədə bilər. Lakin o vaxta qədər, o müqəddəs meşəyə yola düşəndə,kitablarsız, müəllimlərsiz məndən də, səndən də çox bilirdi. Çünki çayainanırdı.”

Həyathər dönəmində Sidhartanın içində bir yara açmağı, o yaranı sızlatmağı bilir.Qocalıq dövründə axtardığı həyata, nirvanaya qovuşduğunu düşünərkən, ürəyibaşqa acılarla qarşılaşır. İnsanı insan edən elə o əzablar, ağrılar deyilmi?! İnsan əzab çəkmədən hüzura, sevgiyə yol tapa bilərmi?

Əslolan nəticə yox, zamandır, o zamanda yaşadıqlarımızdır və hamısı dəyərlidir,acı da, sevinc də, həyat da, ölüm də, həqiqət də, yalan da, eşq də, nifrət də.Sidharta həyatı boyu bunları təcrübə edir.

Sidhartaəsəri haqda nə qədər yazsaq da, danışsaq da ifadə edilməyəcək böyüklüyündə əsərdi.Çünki həyatımızın hansı dövründə olursa olsun bu əsər üfiqlərimizi genişləndirəcəkqədər müdhiş duyğuları özündə birləşdirir.

Əsər özünün sadəliyi, axıcılığı ilə insana hüzurverir, ona həyat haqda olduqca zəngin fikirlər qazandırır.

TƏQVİM / ARXİV