adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Aprel 2018 12:51
18404
DÜNYA
A- A+

Robert De Nirodan ŞOK AÇIQLAMA

Robert De Niro ABŞ prezidenti Donald Trampı kəskin tənqid edib.

Adalet.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 74 yaşlı məşhur aktyor jurnalistlərin suallarına cavab verərəkən Tramp haqqında fikirlər söyləyib.

1988-ci ildən 1997-ci ilə qədər nümayiş olunan "Rozanna” komedik teleserialı ilə bağlı sual aktyoru özündən çıxarıb. Bu televiziya layihəsi Trampın ən sevdiyi layihəymiş.

"Bilmirdim, Rozanna Trampı müdafiə edir, ya yox. Bu mənə elə də maraqlı deyildi. İndi elə bir vaxtdır ki, kimsə kimsənin baxışını, mövqeyini anlaya bilmir. Ölkədə dəhşətli hadisələr baş verir, bütün bunların səbəbkarı da Trampdır. Buna görə də Rozanna vecimə də deyil. Qoy çəksinlər. Bizim ölkədə əsl problemlər var” – jurnalistlərə cavabında Robert De Niro deyib.

Xatırladaq ki, bundan əvvəl məşhur aktyor Trampı bir dəfə də tənqid etmişdi: "ABŞ müvəqqəti ağılsızlıqdan əziyyət çəkir”.