adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Aprel 2018 10:52
15301
KRİMİNAL
A- A+

Məhkumun üzərindən heroin tapılıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş şəxs Əliyev Elşad Rafiq oğlu müəssisəyə qəbul olunarkən əşyalarına və üzərinə baxış keçirilən zaman cibində gizlətdiyi sellofan bükülüdə 0,697 qram heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.