adalet.az header logo
  • Bakı 13°C
06 Aprel 2018 11:21
17784
ŞOU-BİZNES
A- A+

Eyni filmdə baş rolda çəkilən iki məşhur məhkəməlik oldu

"Karımı gördünüzmü” filmində birlikdə çəkilən serbiyalı modelyer İvana Sərtlə aktyor Peker Açıkalın məhkəməlik olublar.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün ekran işinin premyerası keçirildikdən sonra verilişlərin birinə dəvət olunan aktyor modelyer haqqında kobud və təhqiramiz sözlər işlədib. Aparıcının "İvana Sərt də bizimlə olacaqdı, görəsən, haradadır” sualına Peker "Onda soyadını "Yumşaq” olaraq dəyişdirsin” cavabını verib.

Bundan başqa, Açıkalın baş rolda İvana ilə çəkilmək istəmədiyini, bunun prodüserin qərarı olduğunu deyib. Verilişin aparıcısı İvananı "dəb ikonu” adlandırdıqda isə Peker təhqiramiz ifadələrə yol verərək onu "mühərrik" adlandırıb. Bütün bu açıqlamalardan sonra İvana baş rolu paylaşdığı aktyoru məhkəməyə verib.