adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Aprel 2018 00:40
10777
ƏDƏBİYYAT
A- A+

Qardaşlıq salamı ilə Qəni Camalzadə

"Ədalət" qəzetinin Baş redaktrunun müavini Əbülfət Mədətoğluna

Amerika Birləşmiş Ştatlarına başqa məqsədlə səfər eləsəm də Nyu-York Ədəbiyyat Klubunun toplantısına getməyə bilməzdim. Ədəbi mühit yazıçıya hava-su kimi lazımsdı. Deyim ki, klubda çox isti qarşılandım.Amerika mühacir yazarlarının dərnəyində Azərbaycanla bağlı qələm sahibi şair Telman Səfərovla, yazıçılar Zinoviy Korovin və Mixail Jinjerovla həmsöhbət oldum. Onlar, əsasən, Sovet dönəminin gerçəkliklərini qələmə alırlar, ammabəzi peşəkar örnəklər də diqqətimi çəkdi. Nyu-York mühacir ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə səsləşməsini onların eyni məkanda, SSRİ məkanında formalaşması kimi dəyərləndirdim.

Sizə, "Ədalət" qəzetinin oxucularına ruscadan çevirib təqdim elədiyim mənzum parçalar və iki hekayə də bu qəbildəndi.

P.S. Bir xoş təsadüfü də qeyd eləməliyəm. Səksən altı yaşlı yerlimiz, şair Telman Səfərov da mənim kimi Bakının 156 saylı məktəbin məzunudur, yəni biz iyirmi beşil fərqlə eyni məktəbi bitirmişik.


Telman Səfərov

Yuxum qaçanda

Yuxudan oyandım.Çıxdım eyvana
Yuxum çəkilibdi. Bilmirəm niyə?
Buvallonun işıqları uzaqdan
Meydan oxuyurlar ulduzlu göyə.

Ulduzlar! Ulduzlar!Götür ovcuna!
Süd Yolu aparar səni uzağa
Nur tökülür göyün yeddi qatından
Hardasa, kimisə qoymur yatmağa.

Bir gəmi görünür okeanda bu dəm
Gəmi pıçıldadı, heyran qaldım mən.
Gəmi pıçıldadı:-Qayıt keç evə,
Yoxsa sübhə qədər yata bilməzsən...

Ömər Xəyyam sevgisi

Qadınları çox sevirdi
Nazü-qəmzə xoşdu ona.
Keçdi onun taleyindən
Neçə-neçə dilbər sona.

Coşdurdu ilhamını
Gah qıvrım tellər, gah ağ sinə...
Bir gün soruşdu özündən:
"-Sevdaların mənası nə?"

Duyğuların axarında
Hər nə varsa, qarşılıqlı.
Yaşamağın anlamı bu -
Yer də, göy də eşqə bağlı...

Bu dünyanı çox dolaşdı
Həyat tapdı nazlı yarda.
Tək məhəbbət əbədidir -
Qan kimidi o damarda...

Zinoviy Korovin


Vaxtında ayrılanda

(hekayə)

On səkkiz yaşına qədər kiyevli Semyon Pişalkinin sevimli yeməyi ... şəkər idi. Fərqi yoxdu, şəkər tozu, ya tikə halında. Anası onun fincanına iki qaşıq şəkər tozu atardı, hərdənbir də qarşısına iki tikə qənd qoyardı və o da dərhal bu tikələri ağzına atıb dişləri arasında xırçıldadardı. Sodalı siropla qarışdırılan qazlı su da Semyonun ləzzət aldığı təamlardandı. Gözəl satıcının işvə ilə üskükdən azca böyük badədən siropu stəkana süzməsinə və üstünə qazlı su əlavə etməyinə tamaşa eləyirdi, və hasila gələn içgini qurtumla içərdi ki, xoş anların ömrü uzansın. Amma taleyi elə gətirdi ki, 18 yaşında - artıq Kiyev İnşaat Mühəndisləri İnistitutunun birinci kursunu başa vurmuş Semyonu digər tələbə yoldaşları ilə birlikdə Çerniqovda, Oster yaxınlığında yerləşən hərbi-təlim düşərgəsinə apardılar. Burada ona hər səhər bir qaşıq şəkər tozu , bir iri parç da qaynanmış su verirdilər. Əlbəttə, burda siroplu qazlı sudan söhbət gedə bilməzdi. Adi suyu isə birbaşa Desna çayından içirdilər.
Tələbələr hər gün sübhdən tam döyüş libasında(odlu silah, lülələnmiş şinel, sukeçirməz plaş,dəmir bardaq və s.) meşənin dərinliyində yerləşən "məxfi" "H"məntəqəsinə kimi qaçırdılar və çalovlu bellə adını "özüboşaldan" deyilən yük maşınını palıd qozası ilə doldururdular. Yük maşını bu qozanı başqa bir meşəyə aparırdı və orada "B"məntəqəsində boşaldırdı. Ertəsi gün onlar "B"məntəqəsinə qədər qaçırdılar və burda yerə boşaldılmış qozanı yenidən çalovlu bellə maşına doldururdular. İsti iyun günləri bu qayda ilə təkrar olunurdu... Taqıma böyük leytenant Konski başçılıq edirdi və həmişə də öndə gedirdi. O qayışbaldır idi və demək olar ki, tərləmirdi. Taqım "H", yaxud "B"məntəqəsinə çatanda o, cıdırdan sonra tərləyən atlar kimi tər içində olan tələbələri iki cərgə düzür, elan edirdi ki, bilin və agah olun, tərləmək Sovet əsgərinə yaraşmaz, biz yox, bizim düşmənlərimiz tərləməlidirlər.
Bir dəfə isə Konski beləcə nitqini tamamlayandan sonra üzünü tələbələrə tutub soruşdu:
-Siz bilirsinizmi niyə tərləyirsiniz?
Sualının cavabını da özü verdi:
- Ona görə ki, su içirsiniz. Sudan isə, bilin və agah olun ki, yalnız tərləmirlər, həm də kökəlirlər,-dedi,-kökəlməkdə sovet döyüşçüsu üçün yolverilməzdi. Tərgidin su içməyi!
Bir dəfə Semyonun baxtı gətirdi. Həmən gün o, "H" və "B" məntəqələri arasanda qaçmadı, çünki onun mətbəxtdə aşpaza kömək etmək növbəsi çatmlşdı. Aşpaz Suleymanov Semyona kartofu necə təmizləməli olduğunu anladanda, dedi ki,o kartofu elə təmizləməlidir ki, bir kartofun bir qabığı çıxsın. Və o bir kartofdan bir qabıq çıxardıb qalibana başı üzərinə qaldıranda kartof döşəməyə düşdü və o təntənə ilə":- Təmiz kartof yaxşı kartofdu,- dedi,- uzun qabıq, yaxşı qabıqdı."
Nə yaxşı ki, bu zaman kursantları nahara səsləyən şeypur çalındı, aşbazın başı qarışdı. Semyonun küçəsinə də bayram gəlmişdi. Kartof soymağı bir kənara qoydu, o zamanki Sovet rəhbəri Nikitanın şəxsində hərbi rəhbərliyin atasını yandirmaq istədi, çünki ona elə gəlirdi ki,şəkərə olan tələbatını ödəyə bilmədiyinə görə də günahkar Nikitadı.
Mətbəxdə şəkər bol idi,ciddi nazarət eliyən də yox idi. Semyon fincanı yarısına qədər şəkər tozu ilə doldurandan sonra üstünə də çay əndərdi. Amma elə birinci qurtumu alanda onu öyümək tutdu.Amma şirni üçün darıxmışdı.
Ona nə lazımdı? Şəkər. Qusmağı gəlsə də,öyüsə də,şirinçayı axıra kimi içdi. Bir qədər sonra onu görənlərə elə gəldi ki,o yarim litir araq içib, səntirləyir,ayaq üstə dura bilmirdi. Semyonusanitar hissəsinə göndərdilər, və darıxmaqdan təngə gəlmiş ( orda başqa xəstə yox idi) kapitan Xrenoviç,zərərdidənin mədəsini yudurtdu, sonra hərbi təlim bitənə qədər onu yanında saxladı,rəhbərliyə də arayış yazdı ki, tələbə dizinteriyadı,kursantların arasına buraxmaq olmaz. Əslində isəSemyon getsəydi, bəs, o kiminlə şahmat oynayardı?,filosofluğunu kimə göstərərdi?
Semyon düşərqədən evə qayıdan günün sabahı anası qarşısına bir nəlbəkitəzəcə dərilmiş çiyələk gətirəndə və o çiyələyin üstünə şəkər tozu səpmək istəyəndə Semyon əlini qabağa verdi. Daha sonra Semyon şirin çaydan da imtina eləyəndə anası heyrətlə soruşdu:
-Sənə nə olub? Sən ki şəkərbaz idin.Xəstələnməmisənki?
Və Semyon qətiyyətlə:
- Yox ,ana,xəstələnməmişəm,- dedi.
O hadisədən illər keçib, Semyon indi təqaüdcüdü, odu-bududilinəbir qaşıq da olsun şəkər dəyməyib.
Bu yaxınlarda qan analizi zaman məlum oldu ki, onun qanındaki şəkərin faizinə bütün diabet xəstələri həsəd apara bilər. Bilənlər deyirlər, bu ona görə deyil ki, Semyon 18 yaşından sonra şəkərdən istifadə etməyib.Amma Semyon fikirləşir ki, bu mütləq ona görədi. Vaxtında yardan soyumaq da hərdən faydalıdır.

Mixail Jinjerov


Olacağa çarə yox...

1960-cı ilinbaharı gecikmiş yayı. Çerniqov. Kotsyubinski parkı. Gül gülü,bülbül bülbülü çağırır.Şeh damlaları körpə yarpaqlardan mirvari,zümrüd sirğalar kimi sallanır.Tülpanlar sarı,qırmızı libasları ilə bala gəlmiş gözəlləri xatırladır. Yasəmənlərin ətri insana gözəl anlar yaşadır. Göyərçinlər də bir-birin biganə deyillər, dişilər nazlanır, erkəklər xoruzlanır və sanki Puşkin abidəsinə qonmuş bülbüllərə də meydan oxuyurlar.
Skamyalarda oturub bir-birilə pıçıldaşan yeniyetmə qizlar, bağçada başlarını dik tutub gəzişən ,əslində tanış olmağa məqam axtaran cavan oğlanlara naz satırlar,gözlərini süzə-süzə işvə verirlər.
Havadan və fəsildən asılı olmayaraq burada şahmat yarışları keçirilir.Oyunçularyenə də parkin açıq köşkündə Çerniqov birinciliyin uğrunda mübarizə aparırlar.Yaxşı gedişlər naminə dərin fikirlərə qərq olmuş şahmatçılar, özlərini elə aparırlar ki,guya ətrafdaki gözəlliklərə biganədirlər. Əslində isə şərti turnir qaydalarına baxmayaraq onlar da sərməstdilər və hər hansı bir güzəştə yol verə bilərlər.
Şahmat taxtalarından birində bir dalaşqanla bir əyyaş mübarizə aparırdı, ikisi də subay, ikisidə birinci dərəcəli idi.Onlardan biri, Nikolay ona görə məhşurlaşmışdı ki,bir dəfə dava zamanı öz rəqibinin barmağını dişləyib üzmüşdü,psixidispanserdə qeydiyyatda və nəzarətdə olan Leonid də öz mərəkələri ilə ad çıxarmışdı. Hər iki oyunçunun şahmatda müəyyən uğurları vardı. Bu oyun isə hər ikisi üçün mühum əhəmiyyət daşıyırdı. Qalib ustalığanamizət normasını yerinə yetirəcəkdi.
Partiya artıq iki saat idi ki,gərgin mübarizə şəraitində davam eləyirdi və müəyyən mövqə üstünlüyü qazanmış Nikolay, mürəkkəb kombinasiyalar qura-qura qələbəyə yol axtarırdı.Elə bu zaman əsəbləşmiş Leonid həyacan içində şahmat saatını əlinə aldı və astadan masanı taqqildatdı. Və qəfildən bu saatı rəqibinin başına çırpdı.Nə baş verdiyini Nikolay dərhal anlaya bilmədi.Belə bir "gedişi" o, hesablamamışdı.Rəqibinin zərbəsindən sonra, nahayət ki,özünə gələndə yarışın hakimi milisin köməyi ilə artıq Leonidi bayıra çıxartmışdı. Yarış iştirakcılarının, bir milis nəfərinin araya girməsinə baxmayaraq təhgir olunmuş Nikolay qisas almaga can atır və rəgibinin ünvanına kücə söyuşləri yagdırırdı. Hətta, bu partiyada qələbənin ona verildiyi rəsmən elan olunandan sonra da Nikolay sakitləşə bilmirdi."- Buraxın məni, onun dərsini verim"- deyirdi "-O, qudurub"
Bu arada onunla yaxşı münasibətdə olan azərkeşlərdən biri qolundan tutdu və: "-Qoy getsin, Kolyacan"-dedi. "-Bu gün olmasın, sabah olsun, yaxalayıb dərsini verərsən. Əsas odur ki, sən ustalığa namizəd normasını yerinə yetirdin. İndisə gedək mənim kirvəm gilə. Onun ad günüdür." Müftə içkidən Nikolay heç vaxt imtina etməzdi. Bununla belə hər ehtimala qarşı dedi:
"-Axı, mən o məclisə dəvətli deyiləm!" Azərkeş baş barmağının işarəsi ilə kirvəsinin necə bir kişi olduğunu nişan verdi və dedi: "-Vasya , bax, belə kişidi!"
Vasili şəhər kənarında yaşayırdı. Yeni qonaqları evə daxil olanda məclis artıq qızışmışdı. Yaxşıca keflənmiş ev sahibi onları gülər üzlə, xoşhallıqla qarşıladı və :
-Yubananları cərimələmək lazımdı!-Dedi.
Yeni qonaqların hərəsinə bir stəkan araq süzəndə Vasili səsinin gur yerinə salaraq:
-Qoy, mən çəkən araqdan içsinlər!-Dedi.
Ev sahibəsi dərhal söhbətə qarışdı:
-Vasya, sən nə danışırsan? Başın xarab olub-nədi?-dedi.-Sənin çəkdiyin araq fili də aşırar...
Nikolayla gələn şahmat azərkeşi ev sahibinin çəkilmə arağına bələd olduğunda içgidən imtina elədi. On il musiqi alətləri fabrikində işləyən, cürbəcür kimyəvi qatışıqları- lakdan tutmuş çeşidli boyaqlara qədər hər şeyi "duruldub" içən Nikolayı heç bir çəkilmə araq qorxuda bilməzdi. O, cəsarətlə "-Süzün!"-dedi. Ev sahibi etdiyi təklifə görə bir anlığa peşimanlasa da boz-bulanıq məhlulla dolu butulkanı ortalığa qoydu və: "-Qoyun su ilə qarışdırım!"-dedi. Nikolay isə bu üfunətli içkidən bir stəkan süzüb bir nəfəsə başına çəkdi. Sonra o bir stəkan da içdi və bir dişdəm də duzlu xiyar yedi.
Qonaqlar heyrətdən donub qaldılar. Öncə ev sahibi dilləndi":-Əsil kişi buna deyərəm! Sən oldun mənim canım-ciyərim, səninçün hər şey..." Və ev sahibi döşünə yatan bu qonağa deməyə bir xeyli xoş söz axtardı, nəhayət ki, tapdı":-Mən sənə öz qızımı verə bilərəm. Böyük qızım yanı balalıdı. Sənə balaca qızım layiqdi." Ev sahibəsi qışqırdı":-Sən nə danışırsan, ay heyvərə! Gözəl-göyçək Maşenkanı içki düşgününə verirsən?" Ev sahibi qızarmış gözləri ilə arvadını süzüb bağırdı":-Öldürrəm səni, sus! Bu ailənin başçısı mən deyiləm?" Sonra ev sahibi on yeddi yaşlı qızının qolundan tutub Nikolayın qənşərinə gətirdi və "-Bu da səninçün ər!"-dedi-"Sizə məsləhətim qarşılıqlı məhəbbətdi!" Maşa başını qaldırıb yaşla dolu gözlərini Nikolaya zillədi. O, öz yeniyetməlik xəyallarında heç zaman belə ər arzulamamışdı. Amma onu da bilirdi ki, ailələrində qanun atanın sözüdür.
Maşanın gözəlliyi Nikolayı bircə anda ayıltdı və o özünə gələndən sonra: "-Mən səni sevəcəyəm, Maşenka!"-dedi. Və o qızıın qolundan tutub çəkə-çəkə samanlığa aparanda ev sahibi arxadan qışqırdı":-Qızımı incitsən səni öldürəcəyəm ha!"
Ertəsi gün Nikolayla Maşa kəbin kəsdirmək üçün ərizə verdilər. Burda Nikolayın yadına düşdü ki, neçə il qabaq , yaxşı işlədiyinə görə ona mükafat kimi verilmiş "Pobeda" markalı qol saatını hardasa, bəlkə elə samanlıqda itirib. Amma buna görə çox təəssüflənmədi, çünki ona heç arzulamağa belə cürət etmədiyi bir xəzinə qismət olmuşdu.
Nikolay Leonidin də günahından keçdi və onu , hətta, toyuna da dəvət elədi.
Cavanlar mehriban dolanırdılar. Nikolay yaxşı qazanır, arvadını sevdiyindən daha əzəlki kimi içmirdi.
Belə demək olardı ki, Kaissa Nikolayı Himeneyin zirvəsinə qaldırıb. Nikolay bilirdi ki, Himeneyhəm də izdivac tanrısıdı.